Hava dəyişəcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün Bakıda
və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı,
əsasən yağmursuz keçəcəyi gözlənilir. Gündüz mülayim şimal küləyi
əsəcək. Havanın temperaturu gecə
19-22, gündüz 27-32 dərəcə isti olacaq. Atmosfer təzyiqi 757 mm
civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 55-65 faiz təşkil
edəcək. Abşeron çimərliklərində dəniz
suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə
20-21, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 21-22, Türkan, Hövsan,
Şıx, Sahildə 22-23 dərəcə isti təşkil
edəcək. Azərbaycanın rayonlarında
iyunun 04-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam
və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı,
qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək,
ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23, gündüz 31-36, dağlarda gecə
11-16, gündüz 22-27 dərəcə isti olacaq.