Əlaqə Arxiv
news Image
2015.06.04
15:30
| A A A
Bakıda banan yetişdi

Bir ağac 20-yə yaxın meyvə verib. Sia.az-ın məlumatına görə, Bakıda banan yetişdirilib. Özü də şəhərin mərkəzində. Bir neçə il əvvəl yaşadığı Ağsu rayonundan paytaxta köçən ağsaqqal bir kişi özü ilə iki banan ağacı da gətirib. O, ağacları yaşadığı binanın həyətində əkib. Artıq həmin ağaclardan biri bar verib.

Subtropik iqlimə məxsus banan Bakıda yetişdirilib. Ağsu sakini Nazir Kərimov Afrika iqliminə xas olan banan ağacını bir neçə il əvvəl yaşadığı Binəqədi rayonu 9-cu mikrarayonda binanın həyətində dekorativ ağac kimi əkib. Bar verdiyini gördükdə isə çox təcüblənib. Nazir Kərimov bananı əkmək üçün rayondan özü ilə həm də torpaq gətiribmiş. ağacın bar verməsini də elə bununla əsaslandırır. Kiçik bağında bir neçə ağaca qulluq edən həvəskar bağbanın indi əsas işi bu məhsulu qorumaqdı.


Sizin Reklam Yeriniz