Əlaqə Arxiv
news Image
2015.06.05
08:00
| A A A
Qərb quldarlıq dövrünə qayıdır
Miqranr əməyinin istismarı Avropada geniş vüsət alır

İnsan hüquqları sahəsində Qərb ölkələrində baş verən proseslər burada sözügedən sferada yeni bir tənəzzül başlandığını göstərir. Hər halda Qərb qeyd olunan istiqamətdə irəli getməkdən daha çox geriyə addımlayır. Meydana çıxan çoxsaylı faktlar da bu qənaəti güclnədirməkdədir.

Məsələn, ABŞ-da irqi və dini ayrı-seçkiliklərlə bağlı problemlər getdikcə kəskinləşir. Bu xüsusda ABŞ 13 konvensiyadan 9-na qoşulmayıb. ABŞ-da cinayətkarların cəzasız qaldığı, ölüm hökmünün hələ də mövcud olması, miqrantların hüquqlarının pozulması, polis özbaşınalığı və bu kimi ciddi problemlər həll edilməmiş qalır. Avropa İttifaqına gəldikdə isə ona üzv ölkələrdə insan haqlarına nəzarət edən heç bir qurum yoxdur. Bel əbir vaxtda Avropa İttifaqının Əsas insan hüquqlarını müdafiə agentliyi (FRA) iyunun 2-də Avropa İttifaqının daxilində və xaricində miqrantların əməyindən istifadə məsələlərinə dair hesabatını açıqlayıb. Agentliyin məlumatına görə, Avropa İttifaqında xarici işçilərin istismarın qurbanı olmaq riski çox böyükdür. Məruzədə qeyd edilir ki, kənd təsərrüfatı, tikinti, qonaq biznesi, məişət xidmətlərinin göstərilməsi sahələrində, habelə zavodlarda istismar halları daha çox müşahidə edilir.

FRA-nın hesabatında deyilir: "İqtisadiyyatın müxtəlif sahələrində və coğrafi zonalarda əmək şərtlərinin pozulmasından şikayət edən bütün işçilər eyni vəziyyətdədirlər: əmək haqqının aşağı olması (bir saat üçün 1 avro və daha az), normalaşdırılmamış iş günü, yeddi günlük iş həftəsi, yaşayış şəraitinin pis olması, məzuniyyətin və ya xəstəlik vərəqəsinin verilməməsi".

Agentlikdə qeyd edirlər ki, əmək istismarının qarşısını almağa imkan verməyən əsas problem Avropa İttifaqının müxtəlif ölkələrində əmək qanunvericiliyinin müxtəlif olmasıdır. FRA-nın mətbuat katibi Blanka Tapia ironiya ilə deyir: "Məsələn, Polşada siz toyuqların saxlanma şəraitini yoxlaya bilərsiniz, amma fəhlələrin yox". Rəyi soruşulan hər beş nəfərdən biri belə problemlə qarşılaşıb. Məsələn, Britaniyada litvalı fəhlələr fermada çox pis, antisanitariya şəraitində yaşayırlar. Onların çoxu ilə kontrakt bağlanmayıb, ya da bu fəhlələr onlara sərf etməyən şərtlərlə kontrakt imzalamalı olublar: "İşəgötürənlər muzdlu əməkdaşların yerli dili bilməməsindən istifadə edirlər. İstismarçılar əslində məsuliyyətə cəlb olunmurlar, zərərçəkənlər isə kompensasiya almırlar". Miqranntlara ümumiyyətlə, Avropada getdikcə daha sərt münasibət sərgilənir.

Amma problem təkcə bunlarla məhdudlaşmır. Burada hansısa etiraz aksiyaları daha zorakı üsullarla dağıdılır. Hökumət qüvvələrinin aksiya iştirakçılarına qarşı ən amansız metodlardan istifadə etməsi "demokratiya ixracatçısı" olan bu ölkələrdə insan hüquqlarının kobud şəkildə pozulduğuna əsaslı nümunədir. Etiraz aksiyalarında insanların dəyənəklərlə vəhşicəsinə döyülməsi, insan sağlamlığına zərər verən gözyaşardıcı qaz və digər vasitələrdən istifadə edilməsi, xüsusi təlim keçmiş itlərin aksiyaçıların üzərinə buraxılması, insanların həbs olunarkən ən sərt üsullardan istifadə edilməsi dünyanın gözü qarşısında baş verir. Özü də bu o fonda baş verir ki, Avropa İttifaqına daxil olan ölkələrdə sosial-iqtisadi problemlərin çoxalması ilə əlaqədar kütləvi etirazlar səngimir.

ABŞ-da isə vəziyyət daah pisdir. Burada insanlara qarşı həyata keçirilən vəhşi üsullar dünyanın gözü qarşısında baş verir. ABŞ polisinin etirazçılara, eləcə də sıravi vətəndaşlara qarşı amansız rəftarına göz yumulur. Buna misal kimi bir daha Ferqüssonda baş verən hadisələri, Los-Anceles ştatında yerləşən Skid-Rou rayonunun mərkəzində polislərin evsiz adamı səbəbsiz yerə güllələməsini, yenə də ABŞ-ın Madison şəhərində silahsız qaradərili gəncin polis əməkdaşının açdığı atəş nəticəsində öldürülməsini və digər çoxsaylı nümunəlri göstərmək olar. Bütün bunlar demokratiya, insan haqları ilə bağlı Qərbdə kifayət qədər ciddi problemlərin olduğunu aydın şəkildə nümayiş etdirir. Bu durumda başqa dövlətlərə insan hüquqlarından tez-tez məsləhətlər verən Qərbin nə dərəcə obyektiv olması ciddi sual altına düşür. Hər halda Qərb özü insan hüquqları ilə bağlı daxilindəki problemləri həll etdikdən sonra, başqalarına irad tutmağa başlaması daha ədalətli olardı. Amma maraq doğuran həm də odur ki, Qərbdə insan haqları ilə bağlı vəziyyət getdikcə daha da pisləşir.

Sizin Reklam Yeriniz