Əlaqə Arxiv
news Image
2015.06.04
19:40
| A A A
Bakı 2015-in rəsmi mobil tətbiqetməsi
Yarışlar haqqında ən son məlumat və nəticələrlə yanaşı sosial şəbəkələrə də çıxışı olacaq

Bakı 2015-in istifadəyə verilmiş yeni tətbiqetməsində birinci Avropa Oyunları ilə əlaqədar bütün idman yarışlarından canlı buraxılışları izləmək mümkün olacaq. Bununla yanaşı bu tətbiqetmə istifadəçilərin Oyunlarla bağlı təəssüratını daha da yaxşılaşdırmaq üçün özündə bəzi xüsusiyyətləri əks etdirir. Belə ki, istifadəçilər yarışların nəticələrindən xəbərdar olmaqla və yarışlardan verilən canlı buraxılışları izləməklə yanaşı idmançılar və Oyunların keçirildiyi obyektlər barəsində səhnə arxası məlumatları da buradan əldə edə biləcəklər. Eyni zamanda tətbiqetmədə 17 gün davam edəcək Oyunların yarış cədvəllərinə də yer verilib."Bakıda Coşğu" bölməsi Bakı şəhəri və ətrafında baş verənlər haqda sosial şəbəkələr vasitəsilə edilən gündəlik paylaşımları tək mərkəzdə toplayır. Burada idmançı və tamaşaçıların birinci Avropa Oyunları ərəfəsində yaşadığı macəra dolu həyatı qeyri-adi formada ictimaiyyətə çatdırılacaq.Tətbiqetməni aşağıdakı keçidlər vasitəsilə yükləyə bilərsiniz: iOS Android Windows Phone


Sizin Reklam Yeriniz