Əlaqə Arxiv
news Image
2015.06.05
00:30
| A A A
Ərzaq qiymətləri 6 ilin ən aşağı səviyyəsində

Birləşmiş Millətlər Təşkilatının Qida və Kənd təsərrüfatı Təşkilatı (FAO) Qlobal Ərzaq Qiymətləri İndeksinin May ayında 166,8-ə gerilədiyini bildirib.FAO-nun rəsmi internet saytında dərc olunan hesabata görə, Qlobal Ərzaq Qiymətləri İndeksi, son aylardakı azalış trendini May ayında da davam etdirərək təxminən 6 ilin ən aşağı səviyyəsinə enib.İndeks, mayda əvvəlki aya nisbətən 1,4 faiz azalaraq 166,8 bəndə enib.Hesabatda, indeksin 2009-cu ilin Sentyabr ayından bu yana ən aşağı səviyyədə olduğuna işarə edilərək, bu ifadələrə yer verilib:"İndeks, mayda əvvəlki ilin eyni ayı ilə müqayisədə 20,7 faiz azalıb. Qiymətlərin təxminən 6 ilin ən aşağı səviyyəsinə geriləməsində bu ilki məhsuldarlığın yüksək olması ilə taxıl qiymətlərinin əhəmiyyətli dərəcədə düşməsi təsir göstərib. FAO, Çin və Meksikada proqnozlardan artıq reallaşan qarğıdalı yığımı ilə yanaşı Afrika və Şimali Amerikadakı bol taxıl biçini ilə əlaqədar 2015-ci ilin May ayı üçün qlobal buğda, düyü və iri dənəli bitkilər istehsalı proqnozunu yüksəldib. FAO-nun Taxıl Qiymətləri İndeksi 3,8 faiz azalma ilə 160,8-ə enib. Bundan başqa, Süd Məhsulları Qiymətləri İndeksi 2,9 faiz və Ət Qiymətləri İndeksi 1 faiz azalıb".

Hesabatda həmçinin, FAO-nun, dünya taxıl istehsalı proqnozunu 2 milyard 524 milyon tona, dünya buğda istehsalı proqnozunu isə 723 milyon tona yüksəltdiyi də qeyd edilib.FAO-nun Ərzaq Qiymətləri İndeksi, beynəlxalq bazarda ticarət olunan taxıl, ət, süd məhsulları, bitki mənşəli yağlar və şəkər daxil olmaqla 5 əsas ərzaq qiymətlərindən əldə edilir.

Sizin Reklam Yeriniz