Əlaqə Arxiv
news Image
2015.06.05
13:10
| A A A
Azər Maqsudov: "Yanğın zamanı zəhərlənənlərin ağciyərində bərkimə qeydə alınmayıb"

"Bakıda yanğın baş verən binada xəsarət alanların səhhətində zəhərlənmə ciddi fəsadlara yol açmayıb. Həmin xəstələr pulmonoloq, pediatr, terapevt müayinəsindən keçdikdən sonra konsiliumun qərarı ilə evə buraxılıblar. Zəhərlənənlərin ağciyəri rentgen edilib, onlarda tənəffüs yollarında və ağciyərində heç bir problem aşkarlanmayıb".

Bu sözləri Movqe.az-a açıqlamasında Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, Səhiyyə Nazirliyinin baş toksikoloqu Azər Maqsudov bildirib. A. Maqsudov deyib ki, xəstələrin hər biri zəhərlənmə mərhələsini keçiblər: "Onların ağciyərində bəzi problemlər, tənginəfəslik vardı. Biz şübhələnirdik ki, zəhərlənmə onların ağciyərində bərkiməyə səbəb ola bilər. Amma aparılan mülicədən sonra sonuncu müayinə zamanı heç bir problem üzə çıxmadı. Bütün xəsarət alanlar evə buraxılsa da, onlar qeydiyyatda olduqları sahə üzrə tibb müəssisələrində nəzarətdə saxlanılacaqlar. Azyaşlı uşaqlar pediatr tərəfindən, böyüklər isə terapevt tərəfindən vaxtaşırı müayinə olunacaqlar".

Xatırladaq ki,  binada baş verən hadisə nəticəsində xəsarət alan 35 nəfər Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilmişdi. Qeyd edək ki, mayın 19-da Azərbaycan paytaxtında çoxmərtəbəli binada baş verən yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.


Sizin Reklam Yeriniz