Əlaqə Arxiv
news Image
2015.06.05
13:24
| A A A
24 nəfəri ilan sancdı-Həkimdən xəbərdarlıq!

"May ayında 19 nəfəri ilan sancıb. İyun ayının ilk həftəsində isə 5 ilan sancma hadisəsi qeydə alınıb".

Bu sözləri Movqe.az-a açıqlamasında Səhiyyə Nazirliyinin Klinik Tibbi Mərkəzinin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov söyləyib. A. Maqsudovun sözlərinə görə, həşərat sancması ilə bağlı isə 2  müraciət olub. A. Maqsudov havaların daha da istiləşməsi ilə əlaqədar bu cür müraciətlərin artmasının istisna olmadığını da söyləyib: "Ot biçmə mövsümündə, tarla mövsümündə bu cür hadisələr daha çox qeydə alınır. Ona görə də ilan sancma hadisəsi qeydə alınan an həkimə müraciət edilməli, zərdab vurulmalıdır".

A. Maqsudov respublika üzrə bütün xəstəxanalara zərdab paylanıldığını, bu cür hadisələr zamanı ilkin tibbi xidmətin görülməsi üçün şərait olduğunu söyləyib.   


Sizin Reklam Yeriniz