Əlaqə Arxiv
news Image
2015.06.05
14:10
| A A A
Bakıda l Avropa Oyunları ilə əlaqədar yollarda sürət həddi endirilib
Bakı Kənar Dairəvi yolda nəqliyyat vasitələrinin maksimum hərəkət sürəti 80 km/saat, xüsusi zolaqlarla kəsişmə yerlərində isə 40 km/saat olub

Azərbaycan paytaxtında keçiriləcək l Avropa Oyunları zamanı yol hərəkəti təhlükəsizliyinin təmin olunması ilə əlaqədar Avropa Oyunlarına cəlb edilmiş nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulmuş xüsusi zolaqların keçdiyi bəzi yollarda ümumi hərəkət sürəti dəyişdirilib.

Baş Dövlət Yol Polisi İdarəsindən Movqe.az-a verilən məlumata görə, Bakı Kənar Dairəvi yolda nəqliyyat vasitələrinin maksimum hərəkət sürəti 80 km/saata, xüsusi zolaqlarla kəsişmə yerlərində isə 40 km/saata endirilib.

Sizin Reklam Yeriniz