Əlaqə Arxiv
news Image
2015.06.08
16:19
| A A A
İmtahan nəticələri elan olundu

Movqe.az xəbər verir ki, TQDK tərəfindən iyunun 6-da keçirilmiş buraxılış imtahanının (IX və XI siniflər üçün) nəticələri elan olundu. İmtahanda iştirak etmiş şagirdlər öz nəticələri ilə TQDK-nın internet  saytında http://eservices.tqdk.gov.az/netorta/ linkinə daxil olmaqla və ya iş nömrəsini 7727 nömrəsinə göndərməklə tanış ola bilərlər.  Təqdim olunan linkə daxil olmaqla qiymətləndirmə meyarları ilə də tanış ola bilərsiniz. Kolleclərə və V qrupa ərizə təqdim etmiş abituriyentlərin nəzərinə aşağıdakı məlumatı bir daha çatdırırıq: Ümumi ( 9 illik) orta təhsil bazasında kolleclərin müsabiqəsində ümumi balı 16-dan, hər bin fənn üzrə minimal balı 8-dən az olmayan abituriyentlər iştirak edə bilərlər. Tam (11-illik) orta təhsil bazasında kolleclərin müsabiqəsində ümumi balı 16-dan və ana dili, riyaziyyat fənlərinin hər biri üzrə minimal balı 8-dən az olmayan ( xarici dil və ya kimya fənni üzrə nisbi bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər iştirak edə bilərlər.V qrup üzrə müsabiqə şərtləri isə 2 saylı "Abituriyent" jurnalında verilib. Qeyd edək ki, buraxılış imtahanında bir düzgün cavab 1 balla hesablanır.

Sizin Reklam Yeriniz