Əlaqə Arxiv
news Image
2015.06.10
12:45
| A A A
Bu marşrutların hərəkəti dəyişdirildi

I Avropa Oyunları zamanı göstərilən nəqliyyat xidmətinin yaxşılaşması, yarana biləcək sıxlığın qarşısının alınması məqsədilə Nəqliyyat Nazirliyi Bakı şəhərində fəaliyyət göstərən bəzi marşrut xətlərinin istiqamətlərində dəyişikliklər edib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Movqe.az-a verilən məlumata görə, açılış və bağlanış mərasimlərində avtobus marşrutlarının xətlərində nəzərdə tutulan dəyişikliklər aşağıdakılardır:


Zabrat-Maştağa istiqamətindən:


- 107, 131, 172,173 və 189 nömrəli marşrut xətləri E. Mehdiyev - Bakıxanov qəs. Əfəndiyev küçəsi - "Neftçilər" metro stansiyası - Rüstəmov və M. Əliyev küçələrinin kəsişməsindən təşkil olunacaq;


- 139, 148, 163, 166, 198, 204, 216 və 217 nömrəli marşrut xətləri E. Mehdiyev - Bakıxanov qəsəbəsi - Əfəndiyev küç. - Şərifli küç. - Mirzəyev - Q.Qarayev pr. (1-ci yol) köhnə Nizami Rayon Məhkəməsinin qarşısına qədər təşkil olunacaq;


- 62, 40 və 105 saylı marşrut xətləri Sabunçu stansiyası - Əsədullayev küç. - Bakıxanov qəs. - Mehmandarov küç. - Sülh küç. - "Neftçilər" metro stansiyası və sonra mövcud xətt üzrə hərəkət edəcək;


- 55 saylı marşrutun xətti Sabunçu stansiyası - Əsədullayev küç. - Bakıxanov qəs. - Mehmandarov küç. və sonra mövcud xətt üzrə hərəkət edəcək;


- 93 saylı marşrutun xətti müvəqqəti dayandırılır.


Mərdəkan-Buzovna-Qala-Bül-Bülə qəsəbələri istiqamətindən:


- 100, 101, 136, 141, 150, 160, 171 və 187 saylı marşrut xətləri Mərdəkan şosesi - H. Əliyev pr. - Zığ beton yolu – Gəncə pr. - "Həzi Aslanov" metro stansiyasına qədər təşkil olunacaq;


- 116 saylı marşrutun xətti Heydər Əliyev Hava Limanı və Zığ beton yolu - Nobel pr. - A.Cəlilov - K. Səfərəliyeva - 28 May küç. (S. Vurğun bağının yanı) son dayanacaq;


- 184 saylı marşrut xətti Bül-Bülə qəs. - Bakıxanov qəs. - Əfəndiyev küç. - Şərifli küç. - Mirzəyev - Q.Qarayev pr.(1-ci yol) köhnə Nizami Rayon Məhkəməsinin qarşısına qədər təşkil olunacaq.


- 214 saylı marşrut xətti Bakıxanov qəs. - Əfəndiyev küç. - Qəmbərov küç. - "Neftçilər" metro stansiyası – 8 km bazarına qədər təşkil olunacaq;


Ziya Bünyadov prospekti istiqamətindən:


- 11 və 36 nömrəli marşrut xətləri – Q. Qarayev pr. - O. Vəliyev - M. Abbasov - A. Manafov - Q. Qarayev pr. - sonra mövcud xətt üzrə;


- 207 saylı marşrutun xətti Binə T/M. - Dairəvi yol – Moskva pr. - A. Mustafayev - Z. Bünyadov - Atatürk prospektinə qədər təşkil olunacaq.


- 82 saylı marşrutun xətti müvəqqəti dayandırılır.

Sizin Reklam Yeriniz