Əlaqə Arxiv
news Image
2015.06.11
14:45
| A A A
TBMM-də Xocalı soyqırımına həsr edilən tədbir təşkil olunması təklif edildi

Türkiyənin İzmir şəhərində fəaliyyət göstərən "Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Cəmiyyəti"nin üzvüləri Türkiyə Böyük Millət Məclisinin Baş Katibi  İrfan Nəziroğlu ilə görüşmüşlər.  TBMM-də keçirilən bu əlamətdar görüş barədə Türkiyə Böyük Millət Məclisinin "Məclis xəbər" rəsmi saytında məlumat verilir. Uzun illərdir İzmir şəhərində ictimai-siyasi fəaliyyətlə məşğul olan azərbaycanlı iş adamı, iqtisad elmləri doktoru Asif Qurbanın yaratdığı  cəmiyyət Türkiyədə, o cümlədən İzmirdə  Azərbaycan həqiqətlərinin daha yaxından tanıdılması, Türkiyə-Azərbaycan münasibətlərinin daha da inkişaf etdirilməsi yolunda uğurla fəaliyyət göstərməkdədir. "Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Cəmiyyəti"nin keçirdiyi genişmiqyaslı tədbirlər dövlətimizin kursunu dəstəkləməklə, həm də İzmir Universitetlərində təhsil alan azərbaycanlı tələbələrin fəaliyyətlərinə, milli adət-ənənələrimizin təbliğinə dəstək olmuşdur. Azərbaycan həqiqətlərinin, Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal edilməsinin və Xocalı soyqırımın tanıdılması ilə əlaqədar həyata kecirilən davamlı tədbirlər içtimaiyyətdə geniş əks-səda döğurmuşdur. "Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Cəmiyyəti"nin sədri Asif Qurbanı və cəmiyyətin üzvülərini  qəbul edən TBMM Baş Katibi  İrfan Nəziroğlu heyəti TBMM-də görməkdən məmunluğunu bildirmiş, dost və qardaş dövlət olan Azərbaycana hər zaman və hər dəstəyi verməyə hazır olduqlarını söyləmişdir. Heyət adından çıxış edən  Asif Qurban qəbul üçün minnətdarlıq etmiş,  son zamanlarda Türkiyə əleyhinə qondarma Erməni soyqırımı iddialarının artmasının, hətta buna Türkiyə vətəndaşı olan bəzi insanların da dəstək verməsindən çox narahat olduğunu bildirmişdir.

 Asif Qurban çox yaxın bir tarixdə Azərbaycanın Xocalı şəhərində ermənilərin həyata keçirtdiyi soyqırımını xatırladaraq bildirmişdir ki,  Xocalı soyqımının canlı şahidləri həyatdadırlar, bu soyqırımı kimlərin həyata keçirtdikləri hər kəs tərəfindən bilinsə də dünya bu həqiqətlərə  ədalətsizcəsinə nəinki göz yumur, hətta bu faciənin təşkilatcılarına geniş imkanlar yaradır. Heç kəsə gizli deyil ki, bu soyqırımın "şanlı müəllifləri"  Ermənistan respublikasında yüksək vəzifələr tutur, hətta  prezident belə seçilir. Asif Qurban daha sonra, TBMM-də Xocalı soyqırımına həsr edilən bir tədbirin təşkil olunmasını Baş Katibdən xahiş etdi. Bu müzakirələrdə həqiqətlərin ortaya qoyulması üçün Xocalı soyqırımının canlı şahidlərinin iştirakını da vacib saydı. 

İrfan Nəziroğlu da öz növbəsində belə bir tədbirin çox faydalı olacağını və bunun üçün dəstək verəcəklərini söylədi. Səmimi və işgüzar bir əhvalda kecirilən görüşdə "Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Cəmiyyəti" nin idarə heyəti üzvləri Cavid Əliyev, professor  Gülmira Kuruoğlu, Nurlanə Axundzadə Akfidan, Faiq İsayev, Fərid Novruzov və  Vəfa Qurban da iştirak etdilər. Görüşdən sonra heyət məclisi gəzdilər, TBMM quruluşu, məclis binası və məclisin iş həyatı ilə yaxından tanış oldular. 


 















Sizin Reklam Yeriniz