Əlaqə Arxiv
news Image
2015.06.12
15:00
| A A A
“I Avropa Oyunları çox yüksək səviyyədə keçiriləcək”

 "I Avropa Oyunları çox yüksək səviyyədə keçiriləcək. Onların necə keçəcəyindən həmçinin Oyunların gələcək taleyi asılıdır. Düşünürəm ki, tezliklə Rusiya da bu Oyunların keçirilməsinə maraq göstərəcək".

 

Movqe.az-ın  məlumatına görə, bunu Bakıda Azarkeşlər evində Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov bəyan edib.  Avropa Oyunları ərəfəsində Azərbaycan əleyhinə kampaniyanın aparılmasına gəldikdə isə A. Jukov qeyd edib ki, Oyunlar öncə çoxları xırda detallara, xüsusən də siyasi detallara fikir verirlər.  

"Yarışlar başlayan kimi siyasi qarışıqlıq və kolliziyalar unudulacaq. Sizdə hər şey yaxşı olacaq", - deyə o vurğulayıb.  

Öz növbəsində Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov qeyd edib ki, Oyunlar keçiriləcəyi müddətdə Azərbaycana 34 ölkənin prezidenti səfər edəcək.

Sizin Reklam Yeriniz