Əlaqə Arxiv
news Image
2015.06.14
21:00
| A A A
Daşqın nəticəsində Tiflis zooparkından 6 pələng, 6 şir, 13 canavar, 7 ayı qaçıb, şəhər sakinlərinə küçəyə çıxmamaq tövsiyə olunub
Tiflis polisi şəhər sakinlərinə küçəyə çıxmamağı tövsiyə edib.

Movqe.az-ın APA-ya istinadən məlumatına görə, hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları baş vermiş daşqın nəticəsində zooparkdan qaçan heyvanların tapılması istiqamətində tədbirlər görür. Tiflis meriyasının məlumatında bildirilir ki, zooparkdan 6 pələng, 6 şir, 13 canavar, 7 ayı qaçıb.

 

Şəhər rəhbərliyinin açıqlamasına görə, zirzəmilər xüsusilə təhlükəli ola bilər. Daxili İşlər Nazirliyi şəhər sakinlərindən heyvanların aşkarlanacağı təqdirdə "Qaynar xətt"ə məlumat verməyi xahiş edib.

 

Zooparkın ətrafında heyvan parkının əməkdaşı olan iki nəfərin meyiti tapılıb. Təbii fəlakət nəticəsində ona yaxın insanın itkin düşdüyü bildirilir.

 

Qeyd edək ki, Tiflisdə güclü daşqın nəticəsində ölənlərin sayı 11-ə çatıb. Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin tapşırığına əsasən fəlakətin qarşısının alınması və xəsarət alanlara yardım məqsədi ilə fövqəladə qərargah yaradılıb. Baş nazir fəlakətin miqyasının böyük olduğunu diqqətə çatdırıb. 

Sizin Reklam Yeriniz