Əlaqə Arxiv
news Image
2015.06.16
16:06
| A A A
Bakıda kirayə evlərin qiyməti bahalaşdı
Bakıda son günlər kirayə evlərin qiymətində artım müşahidə olunur. İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov Movqe.az-a açıqlamasında bildirib ki, iyunun ayının ilk yarısında kirayə mənzil bazarında qısa müddətə təklif edilən evlərin qiymətində artımlar müşahidə edilib: "İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM)  apardığı monitorinqin nəticələrinə görə, Birinci Aropa Oyunlarının ölkəmizdə keçirilməsi ilə bağlı olaraq paytaxtın bir və ikinci zonalarındakı kirayə bazarında tələb yüksəlib. Qiymət artımları da məhz qısa müddətli dövrdə, xüsusən də 1 ay müddətinədək təklif edilən kirayə evlərdə müşahidə edilib. Belə ki, oyunları izləmək üçün ölkəmizə gələn turistlərin bir qismi öz pullarına qəanət etmək və daha uzun müddət Azərbaycada qalmaq üçün üçün hotellərdə deyil, evlərdə yaşamağa üstünlük veririlər. Eyni zamanda, paytaxtda yerlışən hotellərin böyük əksəriyyətinin 4 və ya 5 ulduzlu hotellər olduğu üçün onların təklif etdiyi qiymətlər yüksəkdir. Buna görə də, "budget hotellər"in sayı az olduğu üçün turistlərin bir qismi evlərə üz tuturlar. Təəssüf ki, kirayə ev sahibləri, xüsusən də məzil alqı-satqısı ilə məşğul olan ofislər süni şəkildə kirayə evlərinin qiymətini yüksəldiblər. İSİM-in monitoriqləri göstərir ki, şəhərin mərkəzində bəzi mənzillərin bir aylıq kirayə haqqları hətta 3 min manatadək artırılıb. Baxmayaraq ki, həmin mənzillər ötən ay 1000-1500 manata təklif edilirdi. Bu isə, ölkəmizə gələn turistlərin sayının artmasından evlərin kirayə verilməsi ilə məşğul olanların süni şəkildə qazanc əldə etmək istəyi ilə bağlıdır".
Sizin Reklam Yeriniz