Ramazan bayramında qeyri-iş günlərinin sayı açıqlandı
Ramazan bayramında 2 gün qeyri-iş günü olacaq.
Movqe.az-ın məlumata görə,
Nazirləri Kabinetinin qərarına əsasən, 2015-ci ildə Ramazan bayramı
iyulun 17-si və 18-də qeyd olunacaq. 18 iyul şənbə gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə
əsasən, iş və istirahət günlərinin yerləri dəyişdirilərək 20 iyul
qeyri-iş günüdür. Beləliklə, Ramazan bayramı münasibətilə ardıcıl 4
gün - iyulun 17-si, 18-i, 19-u (bazar) və 20-si qeyri-iş günü
olacaq.
Qeyd edək ki, Ramazan ayı münasibəti ilə QMİ Qazılar Şurasının və Elmi-dini Şuranın fətvası qəbul edilib və builki hesablamalara əsasən Ramazan ayının 1-i miladi təqvimlə bu günə - 18 iyuna təsadüf edir.