Havanın temperaturu 40 dərəcəyə çatacaq
Azərbaycanda günəşli, isti hava şəraiti davam
edəcək. Ekologiya və Təbii Sərvətlər
Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji
Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Trend-ə bildirib
ki, iyunun 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin
dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə
əvəzlənəcək.
Havanın temperaturu gecə 18-23, gündüz 29-34 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında iyunun 19-da hava əsasən yağmursuz olacaq. Lakin gecə və axşam dağlıq və dağətəyi rayonlarda şimşək çaxacaq, qısa müddətli yağış yağacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə güclənəcək.
Havanın temperaturu gecə 19-24, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 22-27 dərəcə isti olacaq.
A.Verdiyev bildirib ki, mövcud temperatur iqlim normasına yaxındır.