Əlaqə Arxiv
news Image
2015.06.18
15:17
| A A A
Samuxda 37 yaşlı kişini ilan sancıb

Samux rayon sakinini ilan sancıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Əlibayramlı kəndində baş verib. Kənd sakini, 1978-ci il təvəllüdlü Ruhi Fizuli oğlu Məmmədov özünə məxsus evin həyətində gəzərkən ilan onun ayağından sancıb. O, dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Həkimlər R. Məmmədovun vəziyyətinin orta-ağır olduğunu bildiriblər.

 Qeyd edək ki, iyun ayında Samuxda ilan sancma hadisələrinin sayı artıb. Son bir ayda 4 nəfəri ilan sancıb.

Sizin Reklam Yeriniz