Əlaqə Arxiv
news Image
2015.06.19
19:00
| A A A
Hesablama Palatası 4 rayonda apardığı yoxlamaların nəticələrini parlamentə təqdim edəcək
Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib

Movqe.az-ın APA-ya istinadən məlumatına görə, Kollegiya iclasında Oğuz, Ağcabədi və Yardımlı rayonlarının icra hakimiyyətlərinə dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və  ehtiyat fondlarından, Sabirabad rayon İcra Hakimiyyətinə dövlət əsaslı vəsait qoyuluşundan və "Mənzil və kommunal təsərrüfatı" bölməsindən ayrılan vəsaitlərin istifadəsinə dair audit tədbirlərinin nəticələri barədə hesabatlar müzakirə olunub.

 

Müvafiq zəruri tədbirlərin görülməsi və həmin tədbirlərin nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün Kollegiya qərarlarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda, audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisə təqdim olunması qərara alınıb. Kollegiya iclasında İş Planı ilə nəzərdə tutulmuş bir neçə nəzarət tədbiri üzrə audit proqramları da təsdiq edilib.

Sizin Reklam Yeriniz