Əlaqə Arxiv
news Image
2015.06.24
22:00
| A A A
Azərbaycanda yeni tədris ilində ümumtəhsil məktəblərində tətil günləri açıqlanıb
2015-2016-cı tədris ilində dərslər iyunun 14-də başa çatacaq

2015-2016-cı tədris ilində orta ümumtəhsil məktəblərində tətil günləri açıqlanıb. Movqe.az "Report"-a istinadən xəbər verir ki, bununla bağlı təhsil naziri Mikayıl Cabbarov əmr imzalayıb.

Əmrə əsasən, ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Həmçinin dərs ili iki yarımilə bölünür: birinci yarımil - 15 sentyabr - 26 yanvar;

ikinci yarımil - 1 fevral - 14 iyun.

Dərs ili ərzində 5 gün payız tətili (16-20 noyabr), 5 gün isə qış tətili (27-31 yanvar) müəyyən edilib. Eyni zamanda, ibtidai siniflər üçün də 5 günlük (1-5 may) əlavə yaz tətili müəyyən edilir.

Sizin Reklam Yeriniz