Nazirlə görüşmək istəyənlərin nəzərinə!
Təhsil naziri Mikayıl Cabbarov 30 iyun 2015-ci il tarixində saat
11:00-da Göygöl şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra
hakimiyyəti orqanları rəhbərlərinin 2015-ci ilin iyun ayında şəhər
və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Göygöl,
Samux, Daşkəsən, Goranboy rayonlarında, Gəncə və Naftalan
şəhərlərində yaşayan vətəndaşları qəbul edəcək. Movqe.az Təhsil
Nazirliyinin rəsmi saytına istinadla xəbər verir ki, qəbula gəlmək
istəyən vətəndaşlar 24, 25 və 29 iyun 2015-ci ildə Təhsil
Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna
("Qaynar xətt" xidməti) və ya
http://www.edu.gov.az/view.php?lang=az&menu=contacts_qebul
elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə
bilərlər.