Əlaqə Arxiv
news Image
2015.06.25
18:15
| A A A
Gürcüstan Azərbaycandan yardım istədi

Gürcüstan xilasediciləri sel nəticəsində itkin düşən üç nəfərin Kür çayında axtarışlarına başlayıblar. Bu barədə Report Gürcüstan KİV-inə istinadən xəbər verir. Bildirilir ki, bu işlər bütün perimetr üzrə həyata keçiriləcək. Həmçinin, Gürcüstan tərəfi itkin düşmüş şəxslərin axtarışında Azərbaycandan yardım istəyib.

Xatırladaq ki, iyunun 14-nə keçən gecə Tbilisidə güclü daşqın baş verib. Son məlumatlara görə, təbii fəlakət nəticəsində 19 nəfər həyatını itirib, 119 nəfəri uşaq olmaqla, ümumilikdə 457 nəfər evsiz qalıb, 3 nəfər isə hələ də itkin düşmüş hesab olunur.  

Sizin Reklam Yeriniz