Əlaqə Arxiv
news Image
2015.06.29
11:47
| A A A
“Abituriyent” jurnalının 4-cü sayı nəşr edilib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən "Abituriyent" jurnalının 4-cü sayı nəşr olunub. TQDK-nın mətbuat xidmətindən Movqe.az-a verilən xəbərə görə, jurnalın bu sayında 2015-2016-cı tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi haqqında elan, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialına tələbə qəbulu, qabiliyyət İmtahanı Komissiyaları üzrə ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üçün müsabiqə şərtləri, "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nin doldurulma qaydası dərc olunub.

 

Jurnalda qəbul imtahanlarının keçiriləcəyi bölgə (imtahan) mərkəzləri haqqında məlumat, ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə keçirilən qəbul imtahanları ilə bağlı vətəndaşların müraciətlərinə baxılması qaydaları, 2015-2016-cı tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslar, 2015-2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu, ali təhsil müəssisələrinin siyahısı, ali təhsil müəssisəsi ilə dövlət sifarişi ilə təhsil alacaq təhsilalan arasında nümunəvi fərdi müqavilə barədə məlumat verilib.

 

Eyni zamanda, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialına tələbə qəbulu elanı, Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbinə kursant qəbulu elanı, Gülhanə Hərbi Tibb Akademiyasına qəbul olmaq istəyən abituriyebtlər üçün müsabiqə elanı da jurnalda verilib.

 

Jurnalı TQDK-nın Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi 1 m və Nəsimi rayonu, A.Salamzadə küçəsi 28 ünvanlarında yerləşən binalarındakı "Abituriyent" satış köşklərindən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

Sizin Reklam Yeriniz