Əlaqə Arxiv
news Image
2015.06.30
14:10
| A A A
TQDK-dan iyulun 2-də imtahan verən abituriyentlərə xəbərdarlıq!

TQDK abituriyentlərə xəbərdarlıq edib. Movqe.az xəbər verir ki, məlumatda iyulun 2-də qəbul və buraxılış imtahanlarında iştirak edəcək şəxslərin nəzərinə çatdırılır ki, imtahana gələrkən aşağıdakl sənədləri mütləq özləri ilə gətirməyi unutmasınlar!

1) "İmtahana buraxılış vərəqəsi"; 
2) şəxsiyyəti təsdiq edən sənədin əslini;

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan vətəndaşlar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər şəxsi pasportları və ya Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün verilən icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və ya Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün verilən icazə vəsiqələrini, qaçqın statusu almış şəxslər və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

Qeyd: 16 yaşı 2015-ci il mayın 1-dək tamam olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş arayışı (arayışa şagirdin 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) da mütləq gətirməlidirlər.

Göstərilən sənədlərdən biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, imtahana buraxılmayacaqsınız.

Sizin Reklam Yeriniz