Əlaqə Arxiv
news Image
2015.07.01
12:25
| A A A
Avropa Oyunları zolağında avtomobillərin hərəkəti ilə bağlı qərar qəbul edilib
Bu yollarda yalnız minik avtomobillərinin hərəkətinə icazə verilir

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edib. BDYPİ-dən  Movqe.az-a verilən məlumata görə, Azərbaycan paytaxtında Avropa Oyunlarına təhkim edilən avtomobillərin hərəkəti üçün ayrılan sarı zolaqda bu gündən minik avtomobillərinin hərəkətinə icazə verilir.

 

BDYPİ-dən həmçinin bildirilib ki, Bakıda Avropa Oyunlarına təhkim edilən avtomobillərin hərəkəti üçün ayrılan sarı zolaqda yük avtomobillərinin hərəkəti qadağandır və həmin zolaqda hərəkət edən avtomobillər 40 manat cərimə olunacaq.

 

BDYPİ yük avtomobillərinə Avropa Oyunlarına təhkim edilən avtomobillərin hərəkəti üçün ayrılan sarı zolaqda hərəkət etməməyi tövsiyə edib.


Sizin Reklam Yeriniz