Əlaqə Arxiv
news Image
2015.07.02
11:00
| A A A
Hamilə qadınlara tibbi xidmət sahəsində yenilik

Səhiyyə Nazirliyi ana və uşaqlara göstərilən tibbi xidmətlərlə bağlı yenilik edib. Bu barədə movqe.az-a nazirlikdən məlumat veriblər.

Xəbərdə deyilir ki, Hamilə Qadınların Elektron Reyestrinin tətbiqinə başlanılıb. Belə ki, "Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin tədbirlər planında hamilə qadınlara sistemli nəzarətin aparılması məqsədilə vahid elektron registrinin yaradılması nəzərdə tutulub. Azərbaycanda Səhiyyə Sisteminin Gücləndirilməsi layihəsi çərçivəsində Hamilə Qadınların Elektron Reyestri hazırlanıb.

Azərbaycanda Səhiyyə Sisteminin Gücləndirilməsi layihəsinin məqsədi ana, uşaq və körpələr arasında ölüm hallarının və xəstəliklərin əsas səbəblərinin aradan qaldırılması, profilaktikasının yaxşılaşdırılmasıdır. Layihə çərçivəsində "Uşağın immunizasiya pasportu" elektron modulu hazırlanıb. hamilə qadınların elektron reyestri yaradılıb.

Hamilələrin reyestri - hamilənin qadın məsləhətxanasında qeydiyyatdan keçdiyi vaxtdan hamiləliyin sonuna qədər olan vəziyyəti barədə vacib məlumatların toplanıldığı, qeydə alındığı və saxlanıldığı bazadır.


Sizin Reklam Yeriniz