Əlaqə Arxiv
news Image
2015.07.03
12:00
| A A A
Ötən il Azərbaycanda vərəm xəstəliyindən ölənlərin sayı açıqlanıb
Əvvəlki illərlə müqayisədə bu xəstəlikdən dünyasını dəyişənlərin sayı azalıb

Ötən il Azərbaycanda vərəm xəstəliyindən ölənlərin sayı açıqlanıb. Movqe.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, 2014-cü ildə bu xəstəlikdən 372 nəfər dünyasını dəyişib.

Komitədən verilən məlumata görə, bu göstərici əhalinin hər 100 000 nəfərindən 4-nün vərəmə yoluxması deməkdir.

Əvvəlki illərin statistikasına nəzər saldıqda isə bu xəstəlikdən ölənlərin sayında azalma müşahidə olunduğu nəzərə çarpır. Belə ki, 2013-cü ildə 378, 2012-ci ildə 373, 2011-ci ildə 577, 2010-cu ildə isə 709 nəfər vərəmdən dünyasını dəyişib.  

 


 


 


Sizin Reklam Yeriniz