Əlaqə Arxiv
news Image
2015.07.04
15:30
| A A A
Bazar günü Azərbaycanda 39 dərəcə isti olacaq
Paytaxtda şimal küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq

Bazar günü Azərbaycanda havanın temperaturunun 39 dərəcəyə çatacağı gözlənilir. Bunu Movqe.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova deyib. 

Onun sözlərinə görə, iyulun 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. 

G.Məmmədova bildirib ki, sabah paytaxtda şimal küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-25, gündüz 28-33 dərəcə isti olacaq.

Bazar günü Azərbaycan rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 22-27, gündüz 34-39, dağlarda gecə 15-20, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-24 dərəcə isti təşkil edəcək.


Sizin Reklam Yeriniz