Əlaqə Arxiv
news Image
2015.07.06
17:00
| A A A
“Məqsəd məcburi köçkünlərin peşə təhsilinin inkişafına kömək etməkdir”
“Xəzər rayonunda yaşayan qaçqın və məcburi köçkünlərin sosial vəziyyətlərinin yaxşılaşdırılması üçün peşəyönümlü kursların təşkili” layihəsinin icrası davam edir

"Biosfer" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Xəzər rayonunda yaşayan qaçqın və məcburi köçkünlərin sosial vəziyyətlərinin yaxşılaşdırılması üçün peşəyönümlü kursların təşkili" layihəsinin icrasını davam etdirir. İctimai Birlikdən verilən məlumata görə, iyulun 4-də təşkilatın rəhbərliyi layihənin icra prosesinin necə getdiyinə dair növbəti monitorinqini həyata keçirib. Xəzər rayonu, Əhməd Baxşiyev adına 38 saylı Texniki-Yaradıcılıq Mərkəzində (TYM) baş tutan görüşdə kurslara cəlb edilmiş qaçqın və məcburi köçkün uşaqlar öz qabiliyyətlərini nümayiş etdiriblər. Layihə rəhbəri Tural Məmmədov bildirib ki, artıq iki aya yaxındır davam edən təlimlərə Xəzər rayonunda yaşayan qaçqın və məcburi köçkün övladları cəlb edilib: "Onlar üçün mütəmadi kurslar təşkil olunur, hər kursda 10-dan artıq uşaq iştirak edir. Uşaqlara müxtəlif peşə növləri öyrədilir, qabiliyyətləri inkişaf etdirilir. Layihənin keçirilməsində əsas məqsəd Xəzər rayonunda yaşayan məcburi köçkünlərin peşə təhsilinin inkişafına kömək etməklə onların sosial vəziyyətlərinin daha da yaxşılaşdırılmasına nail olmaqdır".

Layihə üzrə təlimçi Zülfiyyə Salayeva məlumat verdi ki, ötən müddət ərzində kurslara cəlb edilmiş uşaqlar müxtəlif tipli suvenirlər, aksesuarlar, bəzək əşyaları, muncuqlarla düzəldilmiş heyvan fiqurları, hörmələrdən ibarət rəsmlər və sair hazırlayıblar. Layihə üzrə məsləhətçi Faiq İsmayılov bu cür kursların keçirilməsinin əhəmiyyətindən danışıb: "Qaçqın və məcburi köçkünlərin sosial vəziyyətlərinin yaxşılaşdırılması üçün bu cür peşəyönümlü kursların təşkili çox önəmlidir. Buradakı uşaqların öyrəndikləri peşələr onlara gələcəkdə öz həyatlarını düzgün qurmağa yardımçı olacaq. Şuranın bu tipli layihələrə dəstək verməsi təqdirəlayiq haldır".

Qeyd edək ki, layihə Xəzər rayonunda yaşayan qaçqın və məcburi köçkünlərin sosial vəziyyətlərinin yaxşılaşdırılması və onların gələcəkdə sahibkarlıq subyektləri kimi formalaşmaları  üçün   peşəyönümlü kurslara cəlb edilməsindən bəhs edir. Ötən müddət ərzində layihənin icrası ilə əlaqədar işçi qrupu yaradılıb, tədbirlərin keçirilməsi üçün hazırlıq işləri planlaşdırılıb, tədbirlərin keçirilməsi üçün yerlər müəyyənləşdirilib və mütəxəsislərdən ibarət məsləhət şurası yaradılıb. Layihə çərçivəsində göstərilən  məqsədə nail olmaq üçün aşağıdakı fəaliyyətlərin həyata keçirilməsinin zəruriliyi  təşkilatın ən mühüm vəzifələrindən biri kimi nəzərdə tutulmuşdur. Bu fəaliyyət planına daxildir: 

• Xəzər rayonunda peşə təhsilinin ictimai statusunun yüksəldilməsi;

• Qaçqın və məcburi köçkünlər arasında peşə təhsilinə həvəsin oyadılması;

• Xəzər rayonunda peşə təhsilli mütəxəssislərlə müvafiq biznes qurumları arasında əməkdaşlığın yaradılması.


Sizin Reklam Yeriniz