Əlaqə Arxiv
news Image
2015.07.07
18:30
| A A A
Masallı rayonunun Ətcələr və Birinci Səmədxanlı kəndinə qaz verildi

Bu gün, İyulun 7-də Masallı rayonunun Ətcələr və Birinci Səmədxanlı kəndlərinə yenidən təbii qazın verilməsi münasibəti ilə tədbirlər keçirilib. Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Rafil İsrafil oğlu Hüseynov, aparatı, rayon itimaiyyətinin nümayəndələri, idarə rəhbərləri, "Azəriqaz" İstehsalat Birliyinin təmsilçilərinin, sakinlərin iştirak etdiyi açılış mərasimlərində bildirilib ki, kəndlərə təbii qazın verilməsi məqsədi ilə "Azəriqaz" İstehsalat Birliyi tərəfindən böyük həcmdə tikinti-quraşdırma işləri aparılıb. Belə ki, 157 abonenti olan Ətcələr kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 9695 metr uzunluğunda metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, sayğac və fərdi tənzimləyicilər quraşdırılıb. Birinci Səmədxanlı kəndinin 194 abonenti də qazlaşdırılmış, kəndə 20 674 metrlik metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 194 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Tədbirlərdə çıxış edən ictimaiyyət nümayəndələri yaşayış məntəqələrinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Sizin Reklam Yeriniz