“Ümumrusiya Azərbaycan Konqresi” İctimai Təşkilatının Moskva Vilayətinin İstra rayonunda iftar süfrəsi təşkil edib
"Ümumrusiya Azərbaycan Konqresi" (ÜAK) İctimai Təşkilatının Murmansk regional bölməsinin və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) mətbuat katibi Ə.Şükürovun verdiyi xəbərə görə "Ümumrusiya Azərbaycan Konqresi" (ÜAK) İctimai Təşkilatının Moskva Vilayətinin İstra rayon yerli şöbəsi tərəfindən müqəddəs Ramazan ayı münasibəti ilə, iftar süfrəsi təşkil olunub.
Qeyd edək ki, mərasimdə ÜAK-ın İstra rayon yerli şöbəsinin sədri Ramil Əliyev , təşkilat nümayəndələri və İstra rayonunda fəaliyyət göstərən digər diaspor təşkilat nümayəndələri, həmcinin İstra şəhərində yaşayan azərbaycanlılar iştirak ediblər.