Əlaqə Arxiv
news Image
2015.07.08
17:26
| A A A
AZƏRBAYCANIN MİLLİ QƏHRƏMAN ELŞAD HÜSEYNOV ANILDI...

AZƏRBAYCANIN MİLLİ QƏHRƏMAN ELŞAD HÜSEYNOVUN ANIM MƏRASİMİ KEÇİRİLMİŞDİR. TƏDBİRDƏ MASALLI RAYONUN İCTİMAİYYƏT NÜMAYƏNDƏLƏRİ VƏ KƏND ƏRAZİ SAKİNLƏRİ İŞTİRAK ETMİŞ, ABİDƏSİ ÖNÜNƏ GÜL - ÇİÇƏK DƏSTƏLƏRİ QOYMUŞLAR. ƏMƏKDAŞIMIZ QEYD EDİR Kİ, AZƏRBAYCANIN MİLLİ QƏHRƏMAN ELŞAD HÜSEYNOV 1968 -ci il oktyabr ın 8 - də Masallı rayonunun Xıl kəndində anadan olmuşdur. 1978 -ci ildə burada məktəbi bitirdikdən sonra kənddəki "Oktyabr" sovxozunda işləyir. 1979 - 1981 -ci illərdə Batumidə hərbi xidmətdə olmuşdur. Daha sonra Bakı şəhərind ə DİN-nin milis nəfəri kimi işə qəbul olunur. Ermənilərin doğma torpaqlarımıza basqınlarını görən Elşad cəbhəyə getmək istəyirdi, bir neçə dəfə müraciətdən sonra o cəbhəyə yola düşür.

1991-ci ildə cəbhəyə yollanan Elşad Hüseynov Füzuli, Tərtər istiqamətində gedən döyüşlərdə fəal iştirak etdikdən sonra Ağdam uğrunda gedən döyüşlərdə düşmən gülləsinə tuş gələrək şəhid olur. O vaxt qəhrəmanın 32 yaşı və 3 qız övladı var idi. Bu gün qəhrəmanın atasını ən çox fərəhləndirən isə kənddə çoxlarının övladlarına fəxrlə Elşad adı verməsidir. Onların hər birini görəndə həqiqətən də şəhidlərin ölmədiyinin şahidi olduğunu deyir.Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992 -ci il tarixli 264 saylı fərmanı ilə Hüseynov Elşad Eynulla oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.Masallı rayonunun Xıl kəndində dəfn edilib. Masallı rayonunda adına küçə var, büstü qoyulub...


Sizin Reklam Yeriniz