Əlaqə Arxiv
news Image
2015.07.08
19:20
| A A A
“Literaturnaya qazeta”nın Azərbaycan ədəbiyyatı layihəsi

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutu daha bir ilkə imza atıb. Ədəbiyyat İnstitutu ilə Rusiyada çıxan "Literaturnaya qazeta"nın birgə layihəsi işıq üzü görüb. Moskvada A3 formatında nəşr olunan "Literaturnaya qazeta"nın budəfəki nömrəsinin (№ 25-26, 24-30 iyun 2015-ci il) dörd səhifəsibaşdan-başa Azərbaycan şifahi xalq poeziyasına həsr olunub. Qəzetin səhifələrində şifahi xalq ədəbiyyatının lirik janrlarında olannümunələrindən çoxsaylı seçmələr verilib.

Bu, "Literaturnaya qazeta"nınAzərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutu ilə birlikdə oxuculara təqdim etdiyi ikinci layihədir. Qəzetin 2015-ci ilin aprel ayında Nizami adına Ədəbiyyat İnstitutu ilə birgə ilk layihəsi Rusiyada yaranan Azərbaycan diaspor ədəbiyyatına həsr edilmişdi. Təkcə Rusiyada deyil, geniş mənada rusdulli beynəlxalq auditoriyada kifayət qıdər böyük nüfuza malik olan "Literaturnaya qazeta" postsovet ölkələri arasında ilk dəfədir ki, konkret bir respublikanın Elmlər Akademiyası ilə, həm də ayrıca bir elmi-təqdqiqat institutuilə birlikdə xüsusi layihə - 4 səhifəlik əlavə çap edir. Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutu ilə "Literaturnaya qazeta"nınxüsusi buraxılışı həm Ədəbiyyatİnstitutunun, həm də bu məşhur qəzetin tarixində ilk və əhəmiyyətli hadisədir.

Akademik İsa Həbibbəylinin ideyası ilə reallaşdırılan layihə "Literaturnaya qazeta"nın "Azərbaycan – Turanın incisi" adlı əlavəsi ilə oxuculara təqdim olunub. Əlavə AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin və yazıçı-ədəbiyyatşünas,Nizami adına Ədəbiyyat İnstitutunun elmlər doktorluğu üzrə doktorantı Abuzər Bağırovun "Poetik folklor irsi: Milli mentalitetin kodu" adlı böyük həcmli məqaləsi ilə açılır.

Məqalədəümumiyyətlə bədii ədəbiyyatın yaranmasında folklorun rolu, o cümlədən Azərbaycan şifahi xalq ədəbiyyatının yaranması, tarixi təkamül mərhələləri haqqında ətraflı bəhs olunur. Müəlliflər şifahi xalq ədəbiyyatının janrları, mövzu dairəsi, ideya istiqamətləri barədə oxuculara hərtərəfli məlumat verərək Azərbaycan yazılı ədəbiyyatının yaranıb-formalaşmasında və inkişafında folklorun rolunu ön plana çəkiblər. Xalq ruhunun bədii təqdimində, düşüncə sintezində, milli fikrin formalaşmasında əhəmiyyətli dəyərə malik olan şifahi ədəbiyyatın böyük əhəmiyyət kəsb etdiyi xüsusi olaraq vurğulanan məqalədədünya xalq şeiri nümunələri ilə müqayisələr aparılaraq Azərbaycan ədəbiyyatının keçdiyi çoxəsrlik inkişaf yoluna nəzər salınır, "Avesta" kitabı, "Kitabi-Dədə Qorqud", "Koroğlu"dastanları, ədəbi istiqamətlər və mərhələlər üzrə bir sıra görkəmli şair və yazıçılarımızın yaradıcılığından söz açılır. Məqalədə Azərbaycan ədəbiyyatı dünya ədəbiyyatı kontekstindəsəciyyələndirilərək həm də uzun əsrlər boyu öz xalqının əsil, dərin və səmimi insani duyğularını, humanizm və sülhpərvər ideyalarını yüksək bədii səviyyədə mənalandıran böyük ədəbiyyat faktı kimi təqdim olunur. Yaxın Şərqin üç əsas ədəbi dilində: ərəb, fars və türk dillərində yaradılan Azərbaycan ədəbiyyatının unikallığı hələ qədim zamanlardan milli xarakteri ifadə etməklə bərabər, başqa dillərə,mədəniyyətlərə dözümlü münasibəti ilə fərqləndiyi də nəzərə çarpdırılır.

"Literaturnaya qazeta"da Azərbaycan poetik folklor nümunələri"Xalq boğçasından ilahi xəzinə" başlığı altında oxuculara çatdırılır. Müxtəlif mövzuları əhatə edən çeşidli bayatılar, laylalar, yanıltmaclar, tapmacalar, mərasim (toy, Novruz və s.) nəğmələri, xalq mahnıları "Literaturnaya qazeta"nın əlavəsində Vladimir Qafarovun, Alla Axundovanın və Tatyana Straşnevanın tərcümələri ilə verilib.

Qəzetin əlavəsində Azərbaycan xalçaları ilə yanaşı, Azərbaycan MilliElmlər Akademiyasının Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı, rəssam Fəxrəddin Əlinin çəkdiyi rəsmlər də yer alıb ki, bu da səhifələrin cəlbedici tərtibatını nəzərə çarpdırmaqla yanaşı, layihənin əsas məqsədi olan xalq ruhunun əyani surətdə əks etdirilməsinə xidmət edir.

Özünəməxsus ənənələrə və böyük auditoriyaya məxsus olan "Literaturnaya qazeta"nın Nizami adına Ədəbiyyat İnstitutu ilə birgə layihəsirusdilli oxucularda Azərbaycanın poetik folklor ədəbiyyatı haqqında geniş və dolğun təsəvvürlərin yaradılmasına imkan verəcəkdir. Bu, müstəqillik dövründə Azərbaycan ədəbiyyatının beynəlxalq miqyasda təbliği istiqamətində atılmış ən böyük və əhəmiyyətli addımlardan biridir.

Nizami adına Ədəbiyyat İnstitutunun "Literaturnaya qazeta" ilə birgə layihəsinin davam etdirilməsi, sonrakı əlavələrin klassik və müasir Azərbaycan ədəbiyyatına həsr olunması nəzərdə tutulur. Layihənin koordinatoru filologiya elmləri namizədi Abuzər Bağırov artıq Azərbaycan poeziyasından rus dilinə ən yaxşı tərcümələrin seçilib müəyyənləşdirildiyini bildirir.

"Literaturnaya qazeta"nınAzərbaycan ədəbiyyatına 4 səhifəlik əlavəsi Rusiya ilə ədəbi əlaqələrimizin tarixində də yeni və əlamətdar hadisədir.

Sizin Reklam Yeriniz