Əlaqə Arxiv
news Image
2015.07.08
19:20
| A A A
"Azərbaycan dili" fənnindən imtahan verən rus bölməsi abituriyentlərinin nəticələri açıqlanıb
1 782 abituriyentdən 783 nəfəri imtahana gəlməyib

"Azərbaycan dili" fənnindən imtahan verən rus bölməsi abituriyentlərinin nəticələri açıqlanıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Movqe.az-a verilən xəbərə görə, iyulun 7-də Bakı və Naxçıvan şəhərlərində rus bölməsi abituriyentləri üçün keçirilən imtahanda iştirakı nəzərdə tutulan 1 782 abituriyentdən 783 nəfəri imtahana gəlməyib.

1 nəfər imtahan qaydalarını pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib. İmtahanda iştirak edən 998 abituriyentdən 494 nəfəri tələb olunan müsabiqə şərtini ödəyərək "məqbul" qiymət alıb.

"Azərbaycan dili" fənnindən məqbul almayan rus bölməsinin abituriyentləri 2015/2016-cı tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə keçiriləcək qəbul imtahanlarında iştirak etmək hüququnu itirirlər.

Qeyd edək ki, abituriyentlər imtahanın nəticələri haqqında məlumatı həmçinin mobil telefonla iş nömrəsini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Sizin Reklam Yeriniz