Əlaqə Arxiv
news Image
2015.07.09
11:30
| A A A
Bu günün havası
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək.  Havanın temperaturu gecə 22-25, gündüz 30-35 dərəcə isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda, Türkan, Hövsan, Şıx, Sahildə 25-26 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında iyulun 09-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-27, gündüz 34-39, dağlarda gecə 13-18, gündüz 23-28 dərəcə isti olacaq. 
Sizin Reklam Yeriniz