Əlaqə Arxiv
news Image
2015.07.09
12:30
| A A A
Nazirin qəbuluna düşmək istəyənlərin nəzərinə!

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun Ucar rayonunda (Ucar, Zərdab, Kürdəmir, Ağdaş,) əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, bu sahədə bölgələrdə əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşların qəbulu planlaşdırılır.

 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən Movqe.az-a  verilən məlumata görə, qəbul iyul ayının 10-u saat 11:00-da keçiriləcək.

 

Vətəndaşlardan "[email protected]" elektron poçt ünvanı, 1655 saylı "Qaynar xətt", 598 38 18 nömrəli (regionlardan edilən zənglər pulsuzdur) telefon vasitəsilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

 

Eyni zamanda qəbula gəlmək istəyən vətəndaşlar üçün zərurət yaranarsa yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar.

 

Bunun üçün aşağıdakı nömrələrlə əlaqə saxlamaq lazımdır:

 

Ucar rayonunda 213-37-77

 

Zərdab rayonunda 296-60-41

 

Kürdəmir rayonunda 255-15-99

 

Ağdaş rayonunda 235-51-58

Sizin Reklam Yeriniz