Əlaqə Arxiv
news Image
2015.07.09
17:13
| A A A
Bakıda 26 nəfəri gün vurdu

Havaların isti keçməsi ilə əlaqədar olaraq may ayından iyulun 9-dək Səhiyyə Nazirliyi Bakı Şəhər Təcili Tibbi Yardıma günvurma diaqnozu ilə 26 nəfər müraciət edib.  Nazirlikdən Trend-ə verilən məlumata görə, müraciət etmiş şəxslərdən 8-ə orta dərəcəli günvurma diaqnozu qoyulmuş və stasionara yerləşdirilmişdir. Müraciət edənlərin hər birinə lazımi tibbi yarım göstərilmiş və evlərinə buraxılmışdır.

Əsasən baş ağrısı və halsızlıq simptomları ilə özünü büruzə verən gün vurma halları ilə müraciət etmiş vətəndaşların müraciətləri Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətində qeydiyyata alınır və nəzarətə götürülür: "Vətəndaşlardan günvurmadan qorunmaq məqsədi ilə günorta vaxtlarında acıq havada çox olmamaq, qoruyucu vasitələrdən istifadə etmək, çoxlu sərin maye qəbul etmək tövsiyə olunur. Hətta yüngül dərəcəli günvurma halları olduqda belə vətəndaşın durumuna nəzarət məqsədilə ərazi poliklinikasına müraciət etməsi məsləhət olunur".

Nazirlikdən bildirilib ki, maydan iyulun 9-na kimi ilan sancması diaqnozu ilə ümumilikdə 34 nəfər Respublika Toksikologiya Mərkəzinə müraciət etmişdir. İlan sancma hallarının əksəriyyəti Bakı və ətraf rayonların payına düşür.

Yuxarıda qeyd olunan tarixdən bu günə kimi əqrəb sancması diaqnozu ilə 4 nəfər müraciət etmişdir. Müraciət edənlərin hər birini xilas etmək mümkün olmuşdur.

Sizin Reklam Yeriniz