Əlaqə Arxiv
news Image
2015.07.09
18:30
| A A A
Bakıda 26 nəfəri gün vurdu
Təcili yardım xidmətinə günvurma diaqnozu ilə 26 müraciət daxil olub

Havaların isti keçməsi ilə əlaqədar olaraq may ayından etibarən 9 iyul il tarixinədək Bakı Şəhər Təcili Tibbi Yardıma gündiavurma diaqnozu ilə müraciət edənlərin sayı 26 nəfər olub. Movqe.az-ın Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı məlumatına görə, Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətinə günvurma şikayəti ilə müraciət etmiş şəxslərdən 8-ə orta dərəcəli günvurma diaqnozu qoyulmuş və stasionara yerləşdirilmişdir. Müraciət edənlərin hər birinə lazımi tibbi yarım göstərilmiş və evlərinə buraxılıb.

Əsasən baş ağrısı və halsızlıq simptomları ilə özünü büruzə verən gün vurma halları ilə müraciət etmiş vətəndaşların müraciətləri Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətində qeydiyyata alınır və nəzarətə götürülür.

Vətəndaşlardan günvurmadan qorunmaq məqsədi ilə günorta vaxtlarında acıq havada çox olmamaq, qoruyucu vasitələrdən istifadə etmək, çoxlu sərin maye qəbul etmək tövsiyə olunur. Hətta yüngül dərəcəli günvurma halları olduqda belə vətəndaşın durumuna nəzarət məqsədilə ərazi poliklinikasına müraciət etməsi məsləhət olunur.

May ayından etibarən 09.07.2015-ci il tarixinə kimi ilan sancması diaqnozu ilə ümumilikdə 34 nəfər Respublika Toksikologiya Mərkəzinə müraciət edib. İlan sancma hallarının əksəriyyəti Bakı və ətraf rayonların payına düşür.

Yuxarıda qeyd olunan tarixdən bu günə kimi əqrəb sancması diaqnozu ilə 4 nəfər müraciət edib. Müraciət edənlərin hər birini xilas etmək mümkün olub.

Sizin Reklam Yeriniz