Əlaqə Arxiv
news Image
2015.07.11
14:30
| A A A
Azərbaycanda dərman vasitələrinə verilən nəzarət markasına görə məbləğ müəyyən edilib
“Nəzarət markasının alınmasına görə ödənilən haqqın məbləği”nin təsdiq edilməsi barədə” qərarında dəyişiklik edilib

Azərbaycan Nazirlər Kabineti "Nəzarət markasının alınmasına görə ödənilən haqqın məbləği"nin təsdiq edilməsi barədə" qərarında dəyişiklik edib.

Movqe.az-ın "Report"-a istinadən xəbərinə görə, nəzarət markası verilən nüsxələrin siyahısına dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarda), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materialları və dərman vasitələri əlavə edilib.

Belə ki, dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarda), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materiallarının bir nüsxəsi üçün veriləcək bir ədəd nəzarət markası 2 qəpik, dərman vasitələrinin bir nüsxəsi üçün verilən nəzarət markasının qiyməti isə 1 qəpik müəyyən edilib.

İndiyədək isə bu siyahıya audiovizual əsər nüsxəsi, fonoqram nüsxəsi, kompyuter proqramı nüsxəsi, məlumat toplusu nüsxəsi, kitab nüsxəsi daxil idi. Bunların hər bir nüsxəsinə veriləcək nəzarət markası üçün 15 qəpik haqq ödənilir.

Sizin Reklam Yeriniz