Əlaqə Arxiv
news Image
2015.07.12
14:30
| A A A
Beyləqanda 8 nəfəri gün vurub
Həkimə müraciət edənlər ilkin tibbi yardımdan sonra evə buraxılıb

Beyləqan rayonunda 8 nəfəri gün vurub.

Movqe.az xəbər verir ki, bu barədə "Report"a Beyləqan rayon Təcili və Təxirəsalınmaz Yardım Stansiyasından məlumat verilib.

Stansiyaya müraciət edən şəxslər ilkin tibbi yardımdan sonra evə buraxılıb. Günvurma ilə bağlı müraciət edənlərin, əsasən yaşlı insanlar olduğu bildirilib.

Məlumata görə, günvurma hallarının əksəriyyəti əkin və biçin sahələrində qeydə alınıb. Belə hallar son bir həftədə daha da çoxalıb.

Sizin Reklam Yeriniz