Əlaqə Arxiv
news Image
2015.07.14
07:00
| A A A
Elit mənzillər daha çox qiymətdən düşməyə başlayır
Rövşən Talıbzadə: “Qiymətlərin düşməsi əsasən elit tipli mənzillərdə nəzərə çarpır” Elnur Əsədov: “2016-cı ilin əvvəlinə qədər 5-6% ucuzlaşma gözlənilir”

Daşınmaz əmlak bazarında keçən ildən müşahidə olunan qiymət artımı hələ də davam edir. Statistik məlumatlara görə, bu proses aprel-may aylarında özünü daha çox büruzə verib. Yeni tikililərdə, bu, bir o qədər görməsə də, köhnə tikililərdə qiymət təxminən 5 faiz aşağı düşüb. Qiymət enmələrini elit mənzillərdə də müşahidə edə bilərik.

Əmlak Ekspert Mərkəzinin nümayəndəsi Rövşən Talıbzadənin sözlərinə görə, bu gün mənzil bazarında bütün seqmentlər, xüsusi ilə də təkrar mənzil bazarında qiymətlərin düşməsi hiss olunur: "İlkin mənzil bazarında kvadratı 3 min manatdan yuxarı olanlarda qiymət azalması var. Qiymətlərin düşməsi əsasən elit tipli mənzillərdə nəzərə çarpır. Bu da ondan irəli gəlir ki, həmin tip mənzillərin qiymətləri ekonom tiplərdən 2 dəfəyə qədər baha olur. Kvadratmeti 4-6 min manat arasında dəyişir. Qiymətlərin azalmasının mühüm faktorlar var. İlk növbədə bu tip mənzillərin alıcıları az olur. Qiymətlətlərdə də satıcı güzəştə getməyə məcbudur. Əsas səbəb tələbatın az olmasıdır ki, qiymətləri aşağı düşür. Həm də son zamanlar baş verən iqtisadi proseslər, tələbin azalması, təklifin artması, vergiqoyma məsələləri elit mənzillərin qiymətinə təsir göstərib".

Ekspert qeyd etdi ki, bizim daşınmaz əmlak bazarı mücərrəd xüsusiyyətə malikdir: "Bazar haqqında proqnoz vermək çox çətindir. Çünki, bizim bazarda qiymətlər qonşu ölkələrin iqtisadiyyatında baş verən dəyişikliklərdən də asılıdır. Amma bugünkü templə gedərsə, qiymətlər düşməyə doğru meyllidir. Neftin qiymətinin bahalaşacağı gözlənilmir.

Qiymətlərin artması yalnız ölkədə həyata keçirilən layihələrdən asılı ola bilər. Söküntü baş verərsə, ipotekanın şərtlərində dəyişiklik olarsa, bu, bazarı aktivləşdirə bilər. Bu zaman qiymətlərdə də artım olar. Amma bugünkü vəziyyət qiymətlərin azalacağını deyir. İkinci səbəb isə odur ki, artıq bazarda qiymətlər kifayət qədər yüksəkdədir. Yəni, hazırda qiymətlər real bazar dəyərinə doğru gedir".

Əmlak Bazarı İştirakçıları Birliyinin sədri Elnur Əsədov bildirdi ki, hazırda elit mənzillərin satışı tam olaraq dayanmayıb: "Ümumi mənzil bazarında isə mərkəzdən uzaq ərazilərdə 2-3% qiymətlərin enməsi baş verib. Bunu əsasən 4-5 otaqlı mənzillərin qiymətlərində müşahidə etmək mümkündür. Elit mənzillərin az da olsa, alıcıları var. Nəzərə alaq ki, ötən illərə baxdıqda bu gün mənzil bazarında real əqdlər az bağlanır. Bu da bazara təklifin çox, tələbin az olmasıdır".

Sədr bildirdi ki, bundan sonra proseslərin hansı məcara ilə gedəcəyini söyləməkdə çətinlik var: "Ümumən, 2016-cı ilin əvvəlinə qədər 5-6% ucuzlaşma gözlənilir".

Sizin Reklam Yeriniz