Əlaqə Arxiv
news Image
2015.07.14
09:02
| A A A
Azərbaycan gəncinə böyük himayə
Fəzail İbrahimli: “Prezident İlham Əliyevin gənclərimizi kənar təsirlərdən qorumaqla bağlı söylədikləri fikirlərindən nəticə çıxarılmalıdır” İlqar Orucov: “Azərbayanda kənar təsirlər keçərli deyil”

Xəbər verildiyi kimi, ötən bazar günü Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) verdiyi iftar süfrəsində çıxış edən Prezident İlham Əliyev müəyyən qüvvələrin gənclərə təsir cəhdlərinə toxunub: "Kənar təsirdən biz gənclərimizi qorumalıyıq. Kənar təsir cəhdləri var, biz hamımız bunu yaxşı bilirik. Mən bu kənar təsirin qarşısında duracacam və heç kimə imkan verməyəcəyəm ki, Azərbaycana öz iradəsini kimsə diqtə etsin".

Dövlətin gənclərə yönəlik, onların sağlam, müdrik, Vətənə, milli dəyərlərə məhəbbət ruhunda böyümələri istiqamətində gördüyü işlərin nəticəsi olaraq bu gün Azərbaycan gənci böyük əksəriyyətlə kənar təsirlər altına düşmür. Buna rəğmən, məkrli qüvvələrin də fəaliyyətlərini dondurduğundan danışmaq hələ tezdir. Lakin onların güclü Azərbaycana təsiri də mümkünsüz hesab edilir.

Millət vəkili Fəzail İbrahimli bildirdi ki, kənar təsirlərin artıq Azərbaycanda baş tutub yeriməsi mümkün deyil: "Qafqaz Müsəlmanları İdarəsinin təşkil etdiyi iftar süfrəsi zamanı cənab Prezident çox açıq şəkildə Azərbaycanda gənclərimizə qarşı olan xarici qüvvələrin təsirini kifayət qədər işıqlandırdı. Prezidentin bu çıxışı həqiqətin ortalığa qoyulması idi.

Ona görə də Prezident İlham Əliyevin gənclərimizi kənar təsirlərdən qorumaqla bağlı söylədikləri fikirlərindən nəticə çıxarılmalıdır. Gənclərin işlədiyi, oxuduğu və fəaliyyət göstərdiyi yerlərdə kifayət qədər diqqətli olmalıyıq. Buradan belə nəticə çıxarmaq olmaz ki, Azərbaycan gəncləri hansısa xarici qüvvələrin təsiri altına düşüb, yox. Amma düşə bilər, müəyyən addımlar ata, aldana bilərlər. Ayıq-sayıq olmaq, dünyada gedən prosesləri gənclərə başa salmaq, onlarla Azərbaycan dövlətçiliyi müstəvisində davranmaq lazımdır ki, bunlar da Prezidentin həmin çıxışında öz əksini tapmışdı. Təbii ki, Azərbaycan müstəqil siyasət yeridir. Regionun ən qüdrətli dövlətidir. Azərbaycan heç bir dövlətin daxili işlərinə qarışmır, xarici siyasətində balanslaşdırılmış siyasət yürüdür. Bu da müstəqil həyat yaşayan Azərbaycanın ən böyük göstəricilərindən biridir. Hər bir Azərbaycan insanı bunu duymalıdır ki, dünyada Tanrının insana verdiyi ən böyük nemət onun azadlığıdır. Daxili azadlıq və millətin azadlığı terminləri var. Millət azaddırsa, insan daxilən də azad olur. Ona görə də bizim azadlığımız şərəf və ləyaqətimizdir, onu qorumalıyıq. Prezidentin dediklərində də bu məsələlər öz əksini tapmışdı. Heç bir xarici qüvvə Azərbaycana hansısa bir təsir mexanizminə malik deyil".

Azərbaycan Gənc Ali Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov da bir gənc olaraq vurğuladı ki, Azərbayanda kənar təsirlər keçərli deyil: "QMİ-də təşkil olunan iftar mərasiminində cənab Prezidentin olduqca vacib bir məsələyə toxunması, Azərbaycana olan kənar təsirlərlə bağlı konkret mövqe sərgiləməsi və bu təsirlərin Azərbaycana gəlməsinə Prezident olaraq heç zaman imkan verməyəcəyini bildirməsi ciddi bir mesajdır. Zaman-zaman Azərbacana qarşı xaricdən təsirlər olub və bu həmişə gözləniləndir. Bu zaman da ilk növbədə gənclərdən istifadə olunur. Ərəb ölkələri, o cümlədən Gürcüstan, Ukraynada olan proseslərdə kənar qüvvələr hər zaman gənclərin qüvvəsindən istifadə edib, iyrənc oyunlara atılıb, oyuncaq kimi onlardan istifadə olunub. Bu istiqamətdə Azərbaycanda da cəhdlər olub. Amma sevindirici haldır ki, Azərbaycan gəncləri bu kimi məsələlərə dövlətçilik mövqeyindən yanaşaraq, həmişə dövlətin, ölkə başçısının yanında olub, heç bir kənar təsirlərə məruz qalmayıblar. Hesab edirəm ki, Azərbaycan gəncliyi heç zaman xarici təsirlərə uymayacaq, həmişə dövləti, dövlətçiliyi müdafiə edəcəklər. Azərbaycanda həyata keçirilən gənclər siyasətinin əsasında da bunlar dayanır və bunun nəticələrini görməkdəyik. Kənar qüvvələr deyəndə, ölkəmizdə müəyyən siyasi, iqtisadi maraqları olan qüvvələr nəzərdə tutulur. Bunlar da əsasən Azərbaycanda çirkin niyyətlərini həyata keçirməyə çalışan radikal dairələrdir. Amma Azərbaycanda yaxşı ki, bu kimi qüvvələrin meydan oxumasına şərait yoxdur. Azərbaycan ərəb ölkəsi deyil. Azərbaycan gənci kifayət qədər təhsilli, dünyagörüşlü bir gəncdir. Onlar Qərbin ərəb ölkələrində demokratiya pərdəsi adı altında etdiyi çevrilişləri və bundan sonra həmin ölkələrin daha acınacaqlı vəziyyət düşməsini görüb. Bu ölkələrdə yaşanan xaos nəticəsində həmin dövlətlərdən demək olar ki, əsər-əlamət qalmayıb. Azərbaycan gəncliyi bunları görərək, analiz edib həmin təsirlərin ölkəmizə də ziyan gətirə biləcəyini anlayır. Ona görə də bu kimi təsirlərə qoşulmurlar".

Sizin Reklam Yeriniz