Əlaqə Arxiv
news Image
2015.07.13
10:00
| A A A
Otellər turizmin inkiaşfında böyük əngələ çevrilirlər
Onların qiymət siyasəti Azərbaycana turist axınının qarşısını kəsməkdə davam edir

Bu gün qeyri-neft sahəsində əsas gəlir sahələrindən biri də turizm sektorudur. Sözügedən  sektorun inkişafını şərtləndirən əsas  amillərdən biri isə qiymətlərdir. Lakin qiymət sahəsində Azərbaycanda hələ də ciddi problemlər mövcuddur. Xüsusən də ölkədə fəaliyyət göstərən otellərin bəzilərinin bu sahədə soyğunçu qiymət həyata keçirməsi danılmaz həqiqətdir. 

Sözügedən məsələyə  Prezidenti İlham Əliyev iyulun 13-də Nazirlər Kabinetinin 2015-ci ilin 6 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan müşavirəsində də toxunub.  Dövlət başçısı  otellərin qiymətlərinin aşağı salınması ilə bağlı tapşırıqlarını verib.

Düzdür, xarici ölkələrdə də bahalı otellər və ya istirahət mərkəzləri var. Amma bu ölkələrdə ucuz otellər və pansiotnatlar da fəaliyyət göstərir ki, onlarda dəbdəbəli şərait olmadığından müştəriyə ucuz qiymət təklif edilir. Yəni, insanlara seçim verilir. Hər kəs də öz cibinə uyğun obyekti seçib, istirahət edə bilir. Azərbaycanda isə bu sahədə hələ də ciddi problemlər var. Digər məqam isə odur ki, otellərin qyimət siyasəti turistlərin onlardan və beləliklə, ölkədən uzaq düşməsiən gətirib çıxarır. Eləcə də iki-üç ulduzlu otellərin Azərbaycanda inkişaf etməməsinin əsas səbəbi ondan ibarətdir ki, bəziləri özlərinin adlarının dörd-beş ulduzlu otelləri kimi qeyd edirlər, amma keyfiyyətcə iki-üç oteli kimi xidmət göstərirlər.

Beləliklə, bu gün istər paytaxtda, istərsə də bölgələrdə fəaliyyət göstərən otellərin qiymətləri heç də ucuz deyil. Mütəxəssislər də ölkəmizdə  otellərin qiymətlərini qonşu ölkələrdən baha hesab edirlər. Məsələn, qonşu İranda gecəsi 10 manata da otellər fəaliyyət göstərir. Belə otellərdə yüksək keyfiyyət olmasa da hər halda, müştəri gecələmək, dincəlmək imkanı əldə edir. İstər xarici turistlər, istərsə də ölkə vətəndaşları istədiyi qiymətə mehmanxana tapa bilirlər. Onu da qeyd edək ki, İran küçələrinin əksəriyyətində belə kiçik otellərə rast gəlmək mümkündür. Yəni, "ulduz" arxasınca qaçmayan bu otel sahibləri biznes fəaliyyətini həyata keçirir. Nəticədən isə həm müştəri, həm də otel sahibləri məmnundurlar. Ancaq bu gün paytaxtımızda belə bir qiymətə otel tapmaq qeyri-mümkündür. Turizmin inkişafı ilə əlaqədar çoxulduzlu otellərlə bərabər, 1 və 2-ulduzlu otellərin tikilməsi də vacibdir. Ona görə ki, belə otellərin qiyməti daha aşağı olur və turistləri cəlb edir. Təəssüf ki, bu gün ölkəmizdə sahibkarlar yalnız 4-5-ulduzlu, bahalı otellərin tikintisinə maraq göstərirlər. Özü əd burada qoyduqları qiymət heç də az deyil. 

Otellərə üz tutanların çoxu  internetin,  yükdaşımaların və başqa xidmətlərin olmamasından və xidmət personalından narazılıq edirlər v əbu hal bölgələrdə özünü daha qabarıq büruzə verir. Bölgələrimizdə istirahət etmək heç də xarici səyahətlərdən ucuz başa gəlmir. Ən çox üz tutulan rayonlarda bir neçə günlük istirahət bəzən Antalyada yerləşən üç ulduzlu otellərdəki ödənişlərdən baha başa gəlir. Bu səbəbdən əsasən orta təbəqə istirahət üçün daha münasib qiymətlər təklif olan Gürcüstanın türizm məkanlarına üz tutur. Gürcüstanın Kabuleti, Batumi kimi istirahət bölgələrində  bahalı və bərbəzəkli villalara, otellərə nadir hallarda rast gəlinsə də, qiymətlər kifayət qədər ürəkaçandır. B ugün ölkəmizdə  onlarla turist firması gün sayından asılı müxtəlif tur paketlər hazırlayıb. Əksər turizm şirkətinin 1, 3, 6, 7 və 12-günlük tur paketi var. Amma məhz otelləəgörə bu paketlərin qiyməti baha başa gəlir. 


Sizin Reklam Yeriniz