Əlaqə Arxiv
news Image
2015.07.14
14:30
| A A A
II və III qrupların abituriyentlərinə yeni xəbər
II və III qruplar üzrə qəbul imtahanı iyulun 25-də keçiriləcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2014-2015-ci tədris ilində ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul üçün II və III qruplar üzrə keçiriləcək imtahanda iştirak edəcək abituriyentlərə "İmtahana buraxılış vərəqəsi"nin verilməsinə başlayıb. Bu barədə Movqe.az-a TQDK-dan məlumat verilib. 

Abituriyentlər TQDK-nın saytında müvafiq sistemə daxil olaraq buraxılış vərəqəsini çap edib götürməlidirlər. Buraxılış vərəqəsi olmadıqda abituriyentlər imtahana buraxılmır.

Xatırladaq ki, II və III qruplar üzrə qəbul imtahanı iyulun 25-də keçiriləcək.

Komissiyadan deyilib ki, əgər kimsə iş nömrəsi və ya şifri unudubsa, onu təkrar əldə edə bilər. Bunun üçün ödəmə kartını alarkən istifadə edilən telefon nömrəsindən 7745 nömrəsinə qısa mesajla 2 rəqəmini göndərmək lazımdır. İş nömrəsi, şifr və kodu daxil edib "Daxil ol" düyməsini basdıqdan sonra buraxılış vərəqəsi uzun müddət ekranda təsvir olunmursa, onda buraxılış vərəqəsini digər brauzer (əsasən "İnternet Explorer" və ya "Mozilla Firefox" brauzerləri tövsiyyə olunur) vasitəsi ilə və ya digər kompüterdə çap etmək olar.

Sizin Reklam Yeriniz