Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı Səhiyyə Nazirliyində geniş toplantı keçirilirb. Səhiyyə Nazirliyindən Movqe.az- a verilən məlumata görə nazirliyin struktur bölmələrinin, səhiyyə və tibb müəssisələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş iclasda səhiyyə naziri Oqtay Şirəliyev ölkənin sosial-iqtisadi inkişafının yekunlarına toxundu. Cənab nazir Azərbaycanda pozitiv iqtisadi dinamikanın müşahidə olunduğunu, son altı ayın göstəricilərinə nəzər salarkən, bir çox nailiyyətlərin əldə edildiyini diqqətə çatdırdı.
Yuxarıda sadalananlara baxmayaraq, ölkədə müəyyən
məsələlərdə bəzi problemlərin mövcud. Cənab nazir, Nazirlər
Kabinetinin iclası zamanı ölkə başçısının sosial-iqtisadi inkişafa
maneçilik törədən, Səhiyyə Nazirliyini uzun müddətdir narahat edən
məqamlara toxunduğunu vurğuladı. Oqtay Şirəliyev bu barədə ölkə
başçısına məruzə olunduğunu da qeyd etdi və bildirdi ki, bir neçə
aydır ki, İqtisadiyyat və Sənaye Nazirliyi ilə birlikdə dərman
sahəsində araşdırmalar aparılır.
Öz çıxışında ölkə başçısına istinad edərək, səhiyyə naziri
Azərbaycanda bazar iqtisadiyyatının hökm sürdüyünü və dərmanların
qiymətinə nəzarətin bazar tərəfindən tənzimləndiyi bildirdi.
Nəticədə isə bazar iqtisadiyyatı adı altında dərmanların üzərinə
yüksək qiymətlərin qoyulması əhalinin haqlı narazılığına səbəb
oldu. Bu səbəbdən yeni maliyyə mexanizmi yaradılıb və bu ilin
payızına kimi dərmanların qiyməti sahəsində olan problemlərin
qarşısının alınması üçün bu layihənin tətbiqi nəzərdə tutulub.
O.Şirəliyev layihənin tətbiqindən sonra vətəndaşların dərmanları
daha rahat şəkildə ala biləcəklərinə əminliyini qeyd
etdi.
Cənab nazir əhaliyə dövlət tərəfindən təqdim olunan dərmanların
təminatında, onların keyfiyyətinin yoxlanılmasında, əvvəllər mövcud
olan problemlərin aradan qaldırılması istiqamətində bəzi işlərin
görüldüyünü xatırlatdı. O cümlədən, Səhiyyə Nazirliyinin tərkibində
dərman vasitələrinə nəzarət strukturu, Analitik Ekspertiza
Mərkəzinin yaradıldığını, vahid resept blankına keçidi, dərmanların
mərkəzləşdirilmiş qaydada müəssisələrə paylanması layihələrinin
tətbiqini misal çəkdi. Lakin müəyyən hallarda mərkəzləşdirilmiş
qaydada səhiyyə müəssisələrinə əhalinin yararlanması üçün təqdim
olunan dərman vasitələri ünvanına çatmır. Bəzi apteklərin
fəaliyyətində ciddi nöqsanlar aşkarlanır. Müəyyən hallarda həkimlər
xəstələrə təqdim etdikləri reseptlərə əsassız olaraq əlavə dərman
preparatları daxil edirlər. Bu isə əhali kütləsinin haqlı
narazılığına səbəb olur. Bütün bunlar yolverilməzdir və qarşısı
mütləq alınmalıdır. Dərman preparatları sahəsində mövcud
problemləri aradan qaldırmaq məqsədilə Səhiyyə Nazirliyi tərəfindən
tədbirlər kompleksi hazırlanmış və tətbiq olunacaqdır.
İclasın sonunda cənab nazir səhiyyə müəssisələrinə belə nöqsanların
aradan qaldırılması üçün bütün zəruri addımların atılması
tapşırığını verdi.