Əlaqə Arxiv
news Image
2015.07.15
07:00
| A A A
Mənzil sahibi olanların sayı artaca
Rəşad Həsənov: “İpoteka həcminin əlavə olaraq 200 milyon manata qədər artımı daha çox vətəndaşın mənzil probleminin həllinə gətirib çıxaracaq”

İpoteka kreditlşəməsi məqsədilə ayrılan vəsaitin həcmi əhəmiyyətli dərəcədə artırılır. Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin yarım ilin yekinlarına dair iclasında ki, ipoteka kreditləşməsi üçün 200 milyon manat vəsait ayrılacağını bildirdi.

İqtisadçı ekspert Rəşad Həsənov düşünür ki, ipotekaya ayrılan vəsaitin bu qədər artması mənzil bazarında hazırda hökm sürən durğunluğu aradan qaldıra bilər: "Artıq bildiyiniz kimi bir neçə ildir ki, ipoteka üçün büdcədən ayrılan vəsaitlərin artırılması təklif olunur. 2014-cü ildə ipoteka üçün 40 milyon, cari ildə isə 50 milyon manatın ayrılması nəzərdə tutulub. Bu da keçən illə müqayisədə ayrılan vəsaitin təxminən 25 faizə qədər artırılması deməkdir. Əslində, bu rəqəmlər hökumətin ipoteka strategiyasına nail olması üçün kifayət deyildir. Bu məbləğ orta hesabla ancaq 1000-1400 nəfərə qədər insanın mənzil probleminin həllinə kömək edə bilər. Eyni zamaqnda, o da nəzərə alınmalıdır ki, Azərbaycanda il ərzində təxminən 86 min yeni ailə qurulur. Onların da 70-80 faizi mənzil problemilə üzləşir. Bəziləri maddi imkan və ailənin dəstəyilə ev almaq imkanında olsa da, əksəriyyət mənzil problemilə üz-üzədir. Bu onu göstərir ki, ayrılan vəsait kifayət qədər azdır. Ondan az adam yararlana bilir. Mövcud olan ipoteka vəsaiti problemlərin həllinə və hədəfə çatmağa kömək etmirdi. Prezidentin son çıxışında ipoteka üçün əlavə olaraq 200 milyon manat ayrılması fikri çox müsbətdir və alqışlanır.

Mərkəzi Bank tərəfindən yeni ipoteka strategiyası hazırlanıb. Onun detalları hələlik cəmiyyət üçün məlum olmasa da, güman olunur ki, ipoteka üçün ayrılan vəsaitin həcminin daha 200 milyon manat artırılması da həmin strategiyada öz əksini tapıb. Hazırda faktiki olaraq, daşınmaz əmlak bazarı və tikinti sektorunda bir durğunluq yaranlb. Zənnimcə, artıq hökumət bu məsələ barədə hansısa formada olsa da qərar verməyi və bu istiqamətdə müəyyən qədər tələbi stimullaşdırmağı düşünür. Həqiqətən də əlavə olaarq 200 milyon manat ayrılacaqsa, bu, o deməkdir ki, 2015-ci il üçün təxminən 250 milyon manatlıq vəsait daşınmaz əmlak bazarına yönələcək. İstərdim ki, paralel olaraq ipotekanın verilməsi şərtlərində dəyişikliklər də həyata keçirilsin. Eyni zamanda, ipoteka həcminin artması mənzillərin qiymətinin bahalaşmasına yol açmasın. Əksinə, atılacaq bu addım daha çox vətəndaşın sosial probleminin həllinə gətirib çıxaracaq".

Sizin Reklam Yeriniz