Əlaqə Arxiv
news Image
2015.07.15
16:10
| A A A
Jurnalistlər üçün tikilən ikinci binanın istifadəyə veriləcəyi dəqiq tarix açıqlandı
Azərbaycanda jurnalistlər üçün paytaxtın Səbail rayonu ərazisində, Yeni Salyan yolunda tikilən yeni bina gələn il istifadəyə veriləcək.

Movqe.Az xəbər verir ki, bu barədə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli məlumat verib.


Səbail rayon İcra Hakimiyyəti tərəfindən milli mətbuatın 140 illik yubileyi ilə bağlı media təmsilçiləri ilə keçirilən ənənəvi tədbir-görüşdə çıxış edən Vüqar Səfərli deyib ki, yeni tikilən 3 girişli, 17 mərtəbəli, 255 mənzildən ibarət binada hazırda işlər davam etdirilir.


V.Səfərli sözlərinə əlavə edib ki, ikinci binadakı mənzillər də 2013-cü ildə istifadəyə verilən binadakı kimi tam təmirli olacaq.

Sizin Reklam Yeriniz