Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Bakı şəhər Dövlət Yol Polisi İdarəsi "Jurnalistika və İnkişaf Mərkəzi" İctimai Birliyi və "Digesta" hüquq firması "Yol polisi sürücü münasibətləri" mövzusunda tədbir keçirib. Movqe.az-ın xəbərinə görə, tədbirdə millət vəkilləri, Aqil Abbas, Jalə Əliyeva, ictimaiyyət nümayəndələri, Daxili İşlər Nazirliyinin, Baş Dövlət Yol Polisi İdarəsinin, Bakı şəhər Dövlət Yol Polisinin əməkdaşları iştirak edib. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Yol polisi-sürücü münasibətlərinə həsr olunmuş layihə çərçivəsində baş tutan tədbirdə çıxış edən "Jurnalistika və İnkişaf Mərkəzi" İctimai Birliyinin sədri, Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı bildirib ki, layihə 4 ay ərzində həyata keçirilib.E. Muradlı bildirib ki, layihənin əsas məqsədi ölkəmizdə yol hərəkəti mədəniyyətinin yüksəldilməsi, yol hərəkəti iştirakçıları arasında nizam-intizamın gücləndirilməsi naminə Dövlət Yol Polisi əməkdaşları ilə sürücülər və digər hərəkət iştirakçıları arasında qarşılıqlı inam və etimadın daha da gücləndirilməsidir. Tədbirdə Birinci Avropa Oyunlarında yol hərəkəti təhlükəsizliyi ilə bağlı nümunəvi xidmətlər göstərmiş Bakı şəhər DYP-nin 19 əməkdaşı, 1 tağımı, habelə, Bakının rayon Dövlət Yol Polisi şöbələrinin 11 əməkdaşı "Jurnalistika və İnkişaf Mərkəzi" İctimai Birliyi, Avtosfer.az saytı və "Digesta" hüquq firmasının təsiis etdiyi diplomlarla və müxtəlif şirkətlərin hədiyyələri ilə təltif olunublar.
Təltif olunan DYP əməkdaşları:
1. Zahidov Tələt Məhəmməd oğlu - baş leytenant
2. İsayev Ələmşah Baxşalı oğlu - baş serjant
3. Məmmədov Zaur Bayundur oğlu - serjant
4. Abbaslı Fərid Oqtay oğlu - baş serjant
5. Hüseynov Ramil Şamil oğlu - serjant
6. Səlimov Mehdi Kərim oğlu - baş leytenant
7. Ağamalıyev Namiq İmran oğlu - serjant
8. Kərimov Asim Oktay oğlu-baş leytenant
9. Həsənzadə Xatir Həsən oğlu - serjant
10. Məmmədov Firuz Yaqub - baş serjant
11. Manafov Malik Seyidağa - baş leytenant
12. Məmmədov Nizami Vaqif oğlu - kapitan
13. Əliyev Mansur Aydın oğlu - kapitan
14. Əliyev Nurlan Arif oğlu- baş leytenant
15. Hənəfiyev Cəmşid İdris oğlu - mayor
16. Yusubov Firdovsi Yusif oğlu - mayor
17. Seyidov Emil Mirəziz oğlu - kapitan
18. Mirzəmmədov Vladik Natiq oğlu- kişik serjant
19. Qasayev Ruslan Mustafa oğlu- serjant
20. Əlizadə Elman Telman oğlu- baş leytenant
21. Tanrıverdiyev Fuad Rza oğlu- baş serjant
22. Abdullayev Səxavət Əmrah oğlu-baş serjant
23. Səfərov Elvin Məzəddin oğlu- serjant
24. Sultanov Habil Namiq oğlu- serjant
25. Hətəmov Yusif Arif oğlu- serjant
26. Arzumanlı Arzuman Fərahim oğlu-leytenant
27. Səbzəliyev Zaur Zahir oğlu- kiçik serjant
28. Əlikişiyev Nahid Rəfail oğlu
29. Seyidov Sabir Arif oğlu-leytenant
30. Qasımov İlqar Nəriman oğlu- kapitan
Xüsusi olaraq:
11 tağım Komandiri Əliyev Mərdan İbadulla oğlu - kapitan
Yol polisi əməkdaşlarının mükafatlandırılmasının sırf Avropa Oyunları və 2 İyul – Polis günü münasibətilə həyata keçirildiyini deyən E.Muradlı qeyd edib ki, həqiqətən də DYP əməkdaşları Oyunlar ərəfəsində müstəsna xidmətlər göstəriblər: "Bəlkə də bizlərdən heç bir o cür ağır iş şəraitinə dözə bilməzdik. Amma yol polisləri bunun öhdəsindən layiqincə gəldilər və heç bir problem də olmadı. Gecənin yuxusuzluğu, günün istisi onları qorxutmadı. Əlbəttə, biz istərdik ki, həmin əməkdaşların hər birini mükafatlandıraq, bu simvolik hədiyyələrlə onların işinə qiymət verək".
Tədbirdə Birinci Avropa Oyunları zamanı xidmətlərinə görə fərlənən yol polisi əməkdaşlarına diplomlar verildi.
Layihənin məqsədindən söz açan E. Muradlı yol hərəkəti təhlükəsizliyinin müasir səviyyədə təmin olunmasında DYP-nin əməkdaşlarının səmərəli fəaliyyətinin nəticəsi olduğunu qeyd edərək ali məqsədin yollarımızı daha təhlükəsiz etmək, cəmiyyətin fasiləsiz və rahat nəqliyyata olan ehtiyaclarının ödənilməsinə şərait yaratmaq olduğunu qeyd edib: "Layihə çərçivəsində sürücülərin müxtəlif istiqamətlərdə maarifləndirilməsi ilə yanaşı, yol polisi əməkdaşları ilə görüşlərin keçirilməsi, yollarımızda mövcud olan tipik problemlərin öyrənilməsi, xüsusən sürücülərin daha çox səhvə yol verdiyi məqamların aydınlaşdırılması və onların aradan qaldırılması istiqamətində konkret təbliğat işi zəruridir. Həmin problemləri isə sözsüz ki, ən aydın şəkildə Dövlət Yol Polisi əməkdaşları bilirlər. Ona görə də layihə çərçivəsində ölkəmizin dörd regionunda - Mingəçevir, Lənkəran, Yevlax və Xaçmazda, habelə paytaxt Bakıda DYP əməkdaşları ilə birgə görüşlərin və fikir mübadiləsinin həyata keçirilməsi nəzərdə tutulur. Belə görüşlərdə əsas məqsədimiz Dövlət Yol Polisi - sürücü münasibətlərinin daha da yaxşılaşdırılmasına xidmət edəcək ideyaları aşkara çıxarmaq, daha sonra həmin ideyaları həyata keçirməkdir".
Təşkilat sədri bildirib ki, DYP əməkdaşları ilə görüşlərin təşkili ilə bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubova edilən müraciətə müsbət cavab verilib və görüşlərə start verilib. Bundan əlavə, Avropa Oyunları ərəfəsində Azərbaycan-ingilis dili lüğəti hazırlanaraq DYP əməkdaşlarına pulsuz paylanılıb. Sonda tədbir iştirakçılarına tədbirin sponsorlarından olan "Azərsun Holding" "Akkord" şirkəti "Andrew's Ties" "Radius" təkər mərkəzi "Nişantaşı" restoranının hədiyyələri təqdim olunub.