Əlaqə Arxiv
news Image
2015.07.16
10:45
| A A A
Dərman bazarındakı problemlərin sonu çatır
Adil Qeybulla: “Prezidentin iradlarından sonra sözügedən problemin aradan qalxacağı gözləniləndir”

Nazirlər kabinetinin son iclasında ölkə Prezidenti bir sıra mühüm problemlərə toxundu. Bunlardan biri də insanların ən çox əziyyət çəkdiyi dərman preparatlarının satışı, keyfiyyəti məsələləri oldu. Prezident Azərbaycanda bəzi dərmanların qiymətlərinin baha olduğunu bildirdi. Ölkə rəhbəri eyni zamanda bir çox hallarda keyfiyyətsiz dərmanların satıldığını vurğuladı. Prezident ən əsası həkim-dərman firmalarının əməkdaşlığına irad tutdu. Bildirdi ki, burada həkimlərin məsuliyyətsizliyi və bəzi hallarda tamahkarlığı özünü göstərir: "Lazım olmayan reseptləri yazırlar. Resepti yazır, deyir ki, sən bu dərmanı filan yerdən almalısan. Hətta reseptlə satılmayan vitaminlərə də resept yazırlar. Bu, böyük bir biznes şəbəkəsidir".

Mütəxəssislər hesab edirlər ki, digər sahələrdə olduğu kimi, bu iraddan sonra dərman bazarında da göstərilən problemlərin aradan qalxması prosesi başlanacaq. Ancaq bunun üçün bir sıra işlər görülməlidir və ilk növbədə bel ədurumun yaranmasına rəvac verən səbəbləri tapmaq vacibdir.

Mövzu ilə bağlı ekspert Adil Qeybulla qəzetimizə bildirdi ki, ölkə Prezidentinin iradlarından sonra sözügedən problemin aradan qalxacağı gözləniləndir: "Ancaq belə halların hökm sürməsinin obyektiv səbəbləri də var. İlk növbədə deyə bilərik ki, həkimlərin maaşları yetərli deyil. Bu da həkimlərlə firmaları arasında qeyri-sağlam münasibətlərin yaranmasına rəvac verən amil hesab olunur. Yəni, həkimlər gəlirlərinin artırılması üçün əl atdıqları üsullardan biridir. Bundan başqa, həkimlərlə əczaçı şirkətlər arasında isti münasibətlər həmişə olub. Bunu dünyanın əksər ölkələrində görmək mümkündür. Məsələn, Amerikada da bunu araşdırmışam. Sadəcə, orada bu münasibətlər daha sivil formada həyata keçirilir. Məsələn, ABŞ-da farmakompaniyalar həkimlərin müəyyən ezamiyyət, müxtəlif səyahətlərin xərclərini ödəyirlər. Bundan başqa, digər güzəştlər verirlər. Yəni, həkimlərə sponsorluq etmiş olurlar. Ancaq bizdə elə vəziyyət daha çox kooperativ maraqlara xidmət edir. Bununla da indiki vəziyyət yaranıb. O baxımdan əhali arasında həkimlərə inamsızlıq yaranıb".

Ekspert əlavə etdi ki, bizdə idxal prosesi müxtəlif kommersiya firmaları tərəfindən həyata keçirilir: "Yalnız şəkərli diabet və onkoloji xəstəliklərin müalicəsi üçün istifadə olunan dərmanlar dövlət xətti ilə gətirilir. İdxalçı firmalar isə dərmanı dünyanın müxtəlif yerlərindən gətirirlər. Ancaq onlara nəzarət mexanizmi düz tətbiq edilmir. İlk növbədə ona diqqət edilməldir ki, əvvəla, idxal edilən dərman preparatları ümumdünya reyestrinə daxil edilmiş dərmanlar olmalıdır. Çünki, onlar sınaqdan keçmiş olurlar. Ancaq sınaqdan keçməyən dərmanlar Ümumdünya Səhiyyə Təşkilatının reyestrinə daxil edilmir. Buna diqqət edilməli və həmin dərmanların ölkəmizə daxil edilməsinə icazə verilməməlidir ki, istifadədə olmasın. Proseslər bu cür aparılarsa, həkim-firma münasibətlərindən əziyyət çəkənlər azalar. Bundan başqa, artıq Almaniya, inkişaf etmiş ölkələr Şərq reseptləri əsasında hazırlanmış dərmanlardan istifadə edirlər. Hansı ki, o dərman bitkiləri Azərbaycanda da yetişir. Biz öz dərman sənayemizi qursaq, həmin dərmanları hazırlayıb ixrac edə bilərik. Eyni zamanda böyük hissəsini daxildə istifadə edə bilərik. Bundan yararlansaq, ayrı-ayrı kommersiya firmalarının Azərbaycana gətirdiyi dərmanlardan qurtulmuş olarıq".

Sizin Reklam Yeriniz