Əlaqə Arxiv
news Image
2015.07.16
17:39
| A A A
Əmək hüquqları ilə bağlı gənclər üçün keçirilən təlimlərə yekun vuruldu

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Vətənpərvər Maarifçi Gənclər" ictimai birliyi tərəfindən Regionlarda əmək hüquqlarının təbliğ edilməsi məqasədi ilə maarifləndirmə tədbirlərinə 23 may 2015-ci il tarixində, İsmayıllı rayonunda start verilmiş və bu gün 16 iyul 2015-ci il tarixində Bakı şəhərində küçirilən təlimlə layihəyə yekun vurulmuşdur. Movqe.az xəbər verir ki, təşkil edilən təlimdə 50-ə dək müxtəlif yaş qruplarını və sosial təbəqələri təmsil edən paytaxt sakini iştirak edib.

Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov tədbiri açıq elan edərək qonaqları salamladı. Təlimçi və təşkilat nümayəndələrini təqdim etdikdən sonra tədbirin əhəmiyyətindən danışaraq, iştirakçılardan keçirilən tədbirlərdə aktiv olmalarını və daha çox məlumat alamaları üçün çalışmalarını xahiş etdi.

Daha sonra çıxış edən "Vətənpərvər Maarifçi Gənclər" İctimai Birliyinin sədri Nəsimi Həsənov iştirakçılara Azərbaycan Respublikasının gənclər siyasəti, vətənpərvərlik və təşkilatın mahiyyəti, tarixi, fəaliyyət istiqamətləri və həyata keçirdiyi layihələr barədə məlumat verərək iştirakçıları təlimlərdə fəal iştirak etməyə çağırdı.

Layihənin təlimçisi Ceyhun Abbasov gənclərə insan resursları anlayışı, kadrlar işinin təşkili və əmək qanunvericilik barədə nəzəri və praktik biliklər verərək insan resursları üzrə fəaliyyətin əsas istiqamətləri- sənədlərin idarəedilməsi və dövriyyəsi, vəzifə təlimatları və Əmək məcəlləsini iştirakçılara qarşılıqlı fikir mübadiləsi və sual-cavab vasitəsilə izah etdi. İşturakçıların aktivliyi ilə keçən təlimdə onların gələcək əmək fəaliyyətlərində qarşıya çıxa biləcək bir sıra anlaşılmazlıqlar və suallarına aydınlıq gətirildi.

Təşkilatın sədr müavini Daşqın Rəcəbli bildirdi ki, bu təlimlərin əsas məqsədi vətəndaşları əmək hüquqları sahəsində maarifləndirməkdir. Daha sonra O, CV yazılışı, iş axtarmaq prinsipləri, müsahibə üçün tələblər, karyera planlaşdırılması, protokol qaydaları və etik davranış qaydaları barədə danışdı.

Tədbirdə rayonun aktiv gəncləri, QHT nümayəndələri və tələbələr iştirak etdi. Təlimin sonunda iştirakçılara paylama materialları, kitabça və sertifikatlar təqdim edildi.

Sizin Reklam Yeriniz