Əlaqə Arxiv
news Image
2015.07.17
08:04
| A A A
Sahibkarlığın inkişaf yolundakı əngəllər aradan qaldırılır
Vüqar Bayramov: “Prezidentin tapşırıq və göstərişləri sahibkarlara dəstək olmaqla yanaşı, eyni zamanda, bu fəaliyyətin ciddi şəkildə stimullaşdırılmasına imkan verəcək” Vahid Əhmədov: “Sahibkarlıq həmişə diqqət mərkəzində olub və olmaqda davam edəcək”

Nazirlər Kabinetinin ilin 6 ayının yekunlarına dair keçirilən iclasında çıxış edən Prezident İlham Əliyev sahibkarlığa lazımı dəstək verməkdə davam edəcəyini bir daha diqqətə çatdırdı. Bununla bağlı olaarq ölkə Prezidenti dövlət qurumlarına da müəyyən tapşırıqlar verdi. Bütün bunlar isə sahibkarlığın inkiaşf göstəricilərinin daha da yüksələəcyini deməyə əsas verir.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov sahibkarlığın inkişafı yolunda artıq yeni bir mərhələnin başlandığını bildirdi: "Ümumiyyətlə, ölkə başçısı hər zaman sahibkarlığa dəstək nümayiş etdirib. Sahibkarlığa maliyyə, institusional dəstək, ölkədə investisiya mühitinin yaxşılaşdırılması üçün Prezidentin verdiyi tapşırıqlar Azərbacanda sahibkarlığın inkişafı ilə bağlı siyasi iradənin olduğunu nümayiş etdirir. Son müşavirədə Prezident sahibkarları maraqlandıran, onlar üçün kifayət qədər aktual olan problemləri, o cümlədən sahibkarlıq mühitinə edilən yersiz müdaxilələrin aradan qaldırılması və sahibkarlara verilən kreditlərin faizinin aşağı salınması məsələsini sonadək diqqət mərkəzində saxladı. Təbii ki, yersiz müdaxilələrin aradan qaldırılması olduqca vacibdir. Çünki, yersiz müdaxilələr həm sahibkarların işgüzar fəaliyyətinə xələl gətirir, həm də bəzi hallarda sahibkarlıq subyektlərinin fəaliyyətlərinin belə dayanmasına səbəb olur. Kifayət qədər çoxlu sayda olan belə yersiz müdaxilələr, bəzi hallarda bir neçə dövlət qurumunun sahibkarlıq fəaliyyətini yoxlaması kiçik və orta sahibkarların fəaliyyətinə xeyli çətinliklər yaradır. Bu baxımdan yersiz müdaxilələrin aradan qaldırılması birmənalı şəkildə sahibkarlığın inkişafına zəmin yaradacaq, imkan verəcək ki, müxtəlif dövlət qurumları il ərzində bir neçə dəfə sahibkarlıq subyektlərini yoxlaması fonunda onlara verilən əlavə, qanunsuz qeyri-leqal ödənişlərin də qarşısı alınsın. Ölkə Prezidentinin də qeyd etdiyi kimi sahibkarların funksiyası yalnız vergiləri ödəməkdir. Vergidən kənar bir qəpik belə heç bir dövlət qurumuna ödənilməməlidir. Bildiyiniz kimi, Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə Azərbaycanda 1,6 milyard manatlıq güzəştli kredit sahibkarlara verilib. Təxminən ölkə üzrə 5,5 mindən artıq layihə maliyyələşdirilib. Güzəştli kreditlər üçün maksimum məbləğ də 6 faizdən müəyyənləşib. Bu fonda ölkə Prezidenti vəsaitlərin həcminin artırılması, güzəştli kreditlər üzrə faiz dərəcəsinin daha aşağı salınması ilə bağlı tapşırıqlar verdi. Nəzərə alsaq ki, il ərzində sahibkarlara 300 milyon manata yaxın güzəştli kredit təklif olunub, o baxımdan bu addım sahibkarlara güzəştli kreditlərdən yararlanmaqla fəaliyyətlərini genişləndirməyə imkan verəcək. Bu baxımdan da son müşavirə ölkəmizdə sahibkarlığın inkişafı ilə bağlı yeni bir mərhələnin əsasını qoyacaq. Birmənalı şəkildə ölkə Prezidentinin tapşırıq və göstərişləri sahibkarlara dəstək olmaqla yanaşı, eyni zamanda, bu fəaliyyətin ciddi şəkildə stimullaşdırılmasına imkan verəcək".

Millət vəkili Vahid Əhmədov vurğuladı ki, ölkəmizdə sahibkarlıq fəaliyyəti həmişə diqqət mərkəzində olub: "Daimi olaraq ölkəmizdə sahibkarlıq fəaliyyətinə dəstək və kömək istiqamətində müəyyən addımlar həyata keçirilib. Azərbaycan hökuməti mütəmadi olaraq bu işlərlə əlaqədar tədbirlər görüb. Prezident də hökumətin son hesabat yığıncağında qeyd etdi ki, sahibkarlığın inkişafına maneə olmaq yolverilməzdir. Əksinə, ona daim kömək etmək lazımdır. Sahibkarlara müdaxilə etmək, onlara qarşı müəyyən yoxlamalar keçirmək, "krışa"lıq etməyi kənara qoymaq gərəkdir. Prezidentin də dediyi kimi, sahibkarların əsas vəzifəsi vergiləri vaxtlı-vaxtında ödəməkdən ibarətdir. Sahibkar da bunu başa düşərək vergiləri vaxtında ödəməkdə maraqlı olmalıdır. Prezident qeyd etdi ki, sahibkar da əlavə heç bir ödənişə getməməlidir. Sahibkar da işlərini qanun səviyyəsində qursa, bu, onun ilk növbədə özünün xeyrinə olacaq. Bu günə qədər Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 1,6 milyard manata yaxın kredit verilib ki, onlar kənd təsərrüfatını inkişaf etdirsin, ölkə şəhərlərində təsərrüfat obyektləri yaradaraq geniş istehsal həyata keçirsinlər. Yəni, sahibkarlıq həmişə diqqət mərkəzində olub və olmaqda davam edəcək".

Sizin Reklam Yeriniz